Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıt Dövlət Universitetində tələbələrin qeydiyyatı başladı

Sumqayıt Dövlət Universitetində tələbələrin qeydiyyatı başladı

Dövlət İmtahan Mərkəzinin 2019-2020-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbulu prosesi başa çatdı, ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan edilib. Avqustun 15-dən 27-dək isə bütün ali məktəblərdə tələbələrin qeydiyyata alınması nəzərdə tutulur.

Sumqayıt Dövlət Universitetində 1-ci kursa qəbul olan tələbələrin qeydiyyata alınması prosesi davam edir. Sənəd qəbulunun daha asan və şəffaf keçməsi üçün universitet rəhbərliyi tərəfindən bütün zəruri tədbirlər görülüb. Universitetdə Sənəd Qəbulu Komissiyası yaradılıb. Burada 1-ci kurs tələbələrinin qeydiyyata alınması və sənədləşmənin düzgün aparılması məsələsinə nəzarət həyat keçirir. Qeydiyyat üçün lazım olan sənədlərin siyahısı, bəzilərinin isə hətta forması universitetin portalında yerləşdirilib. Həmçinin, universitetdə fəaliyyət göstərən fakültə dekanları, dekan müavinləri və əməkdaşları tələbələrin qeydiyyata alınmasında yaxından iştirak edirlər.

SDU-nun rəhbərliyi və kollektivi tələbə adı qazanan gəncləri və onların valideynlərini səmimi qəlbdən təbrik edir, hərtərəfli dövlət qayğısı ilə əhatələnmiş yaradıcı gənclərə təhsillərində yeni-yeni uğurlar arzulayır.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR