Sumqayıtda hava

Cəmiyyət

Hava buludlu olacaq (24.01.2015)

Hava buludlu olacaq (24.01.2015)


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, havanın gecə və səhər çiskinli, günün ikinci yarısından arabir yağıntılı olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 0-2, gündüz 5-7 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 776 mm civə sütunundan 772 mm civə sütununa düşəcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 0-4, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 2-7, yüksək dağlıq ərazilərdə 8-13 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR