Sumqayıtda hava

Manşet, Cəmiyyət

"Gənc Mühəndis Əbdülməcid Axundov mükafatı" növbəti dəfə təqdim edildi

"Gənc Mühəndis Əbdülməcid Axundov mükafatı" növbəti dəfə təqdim edildi

Oktyabrın 16-da Azərbaycan Texniki Universitetində Aprel döyüşlərində qəhrəmancasına şəhid olan Əbdülməcid Axundovun doğum günü qeyd olundu.

İştirakçılar Universitetin həyətində şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyduqdan sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi və Şəhidlərin xatirəsi bir dəqiqə sükutla yad edildi.

AzTU-nun rektoru, professor Vilayət Vəliyev tədbirdə iştirak edən Şəhid valideynlərini salamladı və onlara: "Siz elə bir övlad böyütmüsünüz ki, bütün Vətən onlarla fəxr edir”-dedi. Rektor Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə şəhid olan qəhrəmanlar arasında universitetin on Milli Qəhrəmanı olduğunu, bütünlükdə AzTU-nun 50-dək tələbəsinin döyüşlərdə şəhid düşdüyünü bildirdi. AzTU-da vətənpərvərlik hissinin çox yüksək olduğunu vurğulayan Vilayət Vəliyev tələbələri şəhidlərimizin adına layiq olmağa, təhsildə yüksək nailiyyətlər əldə etməyə çağırdı.

Universitetin prorektoru, professor İsa Xəlilov çıxışında Vətən uğrunda şəhid olan məzunların xatirəsinin daim yad edildiyini və vətənpərvərlik mövzusunda hər il universitetdə silsilə tədbirlərin keçirildiyini bildirdi. Prorektor AzTU Şəhidlərinin xatirəsinin professor-müəllim və tələbə heyəti tərəfindən daima əziz tutulduğunu, qəhrəmanlıqlarının isə gələcək nəsilə nümunə kimi təbliğ olunduğunu qeyd etdi.

Şəhidin anası Ceyran Axundova oğlu ilə bağlı xatirələrini bölüşərək söylədi: ”Oğlumun Vətən uğrunda Şəhid olması nə qədər üzücü olsa da, qürurvericidir”. Ceyran xanım anım tədbirini möhtəşəm qiymətləndirərək AzTU rəhbərliyinə təşəkkür etdi.

Tədbirdə "Gənc Mühəndislər Cəmiyyəti" İB-nin İdarə Heyətinin sədri Elvin Səfərli "Elektrotexnika və energetika” fakültəsinin təhsildə fərqlənən, ictimai-fəal tələbəsi Şəlalə Bağırovaya Əbdülməcid Axundovun xatirəsinə təsis edilən plaket və mükafatı təqdim etdi. Şəhidin əziz xatirəsinə hörmət olaraq təsis edilən bu mükafat, hər il ənənəvi olaraq Ə.Axundovun doğum günü ərəfəsində, onun oxuduğu ixtisasda təhsil alan ən savadlı tələbəyə verilir.

Ə.Axundova həsr olunmuş "Mən səninləyəm ana Vətən” filmi nümayiş olundu.

Sonra Şəhid valideynləri universitetdə şəhidlərin xatirəsinə həsr olunmuş "Milli Qəhrəmanlar və Şəhidlər Muzeyi”ni ziyarət etdilər.

Qeyd edək ki, hərb tariximizin şanlı səhifələrindən olan Aprel döyüşlərində qəhrəmancasına həlak olan şəhidlərimizdən dördü AzTU-nun məzunudur. Şəhidlərdən ikisi, Axundov Əbdülməcid və Mirzəyev Elvin "Elektrotexnika və energetika”, Orucov Müşfiq "Avtomatika və kompüter texnikası”, Quliyev Mahir isə "Radiotexnika və rabitə” fakültəsinin məzunu idi.
"Yenisumqayit.az"

Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

KATEQORIYALAR