Sumqayıtda hava

Cəmiyyət

Kamil Ağazadə ilə "Gənc İstedadlar" rubrikası

Kamil Ağazadə ilə "Gənc İstedadlar" rubrikası

Hörmətli oxuyucular. "Gənc İstedadlar" rubrikamızı sizlərə növbəti dəfə təqdim edirik.
Rubrikamızın əsas məqsədi istedadlı, bacarıqlı gəncləri cəmiyyətə daha yaxşı tanıtmaq, onların uğurlarını, sevincini sizinlə də bölüşməkdir.
Rubrikamızın növbəti qonağı isə Sumqayıtlı gənc ifaçı, aktyor, rəqqas Kamil Ağazadədir.

Kamil Ağazadə ilə "Gənc İstedadlar" rubrikası

Kamil Ağazadə ilə "Gənc İstedadlar" rubrikası

Kamil Ağazadə 11 avqust 1986-cı ildə Sumqayıtda doğulub. 1992-ci ildə Sumqayıt şəhəri Fəxrəddin Piriyev adına 18 saylı orta məktəbin 1-ci sinfinə gedib. 2001-ci ildə məktəbiun 9-cu sinifini bitirərək Bakı Dövlət İncəsənət Gimnaziyasının Azərbaycan xalq rəqsləri şöbəsində 5 il oxuduqdan sonar Respublikanın xalq artisti Kamil Dadaşovun rəqs studiyasına daxil olub. Orada 5 il oxuduqdan sonra rəqs müəllimi işləməyə başlayıb. 1997-ci ildə Sumqayıt Dram Teatrında uşaq teatrı sturiyasına daxil olub. 8 il teatrın nəznində fəaliyyət göstərən uşaq teatrının aktyoru olub. 2009-cu ildə beynəlxalq vocal festivalı laureatı olub. Hazırda 33 yaşı olan Kamil 13 ildir ki, Xəzər Ulduzları rəqs ansanblının bədii rəhbəri və xoreoqrafıdır. Bununla yanaşı Kamil Ağazadə Xəzər Uşaq teatrının rejissoru, klassik art Estrada janrında bəstəkar mahnılarının ifaçısıdır.

Kamil Ağazadə ilə "Gənc İstedadlar" rubrikası

-Necə yarandı səndə incəsənətə olan maraq?

-Baxçada oxuyarkən fəal idim. Anam məni Səməd Vurğun adına Mədəniyyət evində rəqs kursuna yazdırdı. Orda teatr və mahnı sinifləri də var idi. Elə o dövrdə qərarımı verdim ki, mən də incəsənət sahəsində çalışacam. Yaxın qohumlarımdan rəqs, aktyorluq, ifaçılıqla məşğul olanlar var idi. Amma sonradan bu işləri buraxmışdılar. Onlar istəmirdilər ki, mən incəsənətlə məşğul olum, çünki özləri bu sənətdən yararlana bilməmişdilər. Mən isə bunlara baxmayaraq bu yolu seçdim və nə yaxşı ki seçdim...

Kamil Ağazadə ilə "Gənc İstedadlar" rubrikası

-Kamil daha çox hansı peşə sənə yaxındır? Aparıcı, müğənni yoxsa xoreoqraf?

-Mən bunların hamısını teatrda etməyə üstünlük verirəm. Bir tamaşada eyni zamanda həm oxuyursan, həm rəqs edirsən həm də rolunu mükəmməl şəkildə oynayırsan. Ona görə də teatr, aktyorluq mənə daha çox doğmadır.

Kamil Ağazadə ilə "Gənc İstedadlar" rubrikası

-Hansı tamaşalarda oynamısan?

-Bir çox uşaq tamaşalarında rollarım olub. Cəfər Cabbarlının Almaz əsərində Şərif obrazını da oynamışam. Amma artıq 8 ilə yaxındır ki heç bir teatrda çalışmıram. Şəxsi teatrımda tələbələr yetişdirirəm.

Kamil Ağazadə ilə "Gənc İstedadlar" rubrikası

-Bəs ilk dəfə səhnəyə çıxmağın yadındadır?

-İndiki Sumqayıt Dram Teatrı Səməd Vurğun adına Mədəniyyət evinin tərkibində yerləşirdi. Orda aktyorluq studiyasının rəhbəri, əməkdar artist Ulduzə Nəsirovanın sinfinə gəldim. O məni yoxlayıb teatra götürdü. Sonra teatrın baş rejissoru Firudin Müəllimlə tanış oldum. Ulduzə xanım məni ona təqdim edərək dedi:

-"Bu uşağın gözəl səsi var, həm də burada rəqsə gəlir. Aktyorluğuna da söz ola bilməz.”

-Sonra Qaraca qız və bir çox uşaq tamnaşalarında epizodlarda oynadım.

Kamil Ağazadə ilə "Gənc İstedadlar" rubrikası

-Aparıcı kimi harda işləmisən?

-Sumqayıt şəhər Mədəniyyət evində bir çox tədbirlərin aparıcısı olmuşam. Özəl radiolardan birində çalışmışam. Bir çox tanınmış müğənnilərin konsert proqramlarında aparıcılıq etmişəm.

-Məktəb illərinə qayıdaq. Necə oxuyurdun? Hansı fənləri sevirdin, hansıları yox?

-Məktəb illərim çox acınacaqlı və ağır şəraitdə keçib. Ən çox ədəbiyyat, tarix, rus dili dərslərini çox sevirdim. Qalan fənnləri zəif oxumuşam.

Kamil Ağazadə ilə "Gənc İstedadlar" rubrikası

-Boş vaxtlarında nə edirsən?

-Kaş ki boş vaxtlarım çox olardı. Bu işlərdən o qədər də vaxt qalmır. Mütaliələr edirəm, tamaşalara gedirəm. Ən çox Çingiz Aytmatovun əsərlərini oxuyuram. Çərəz qabıqlarından və qurudulmuş güllərdən xüsusi portretlər hazırlamağı sevirəm. Bir də unudulmuş mahnılarımızı araşdırıram.

Kamil Ağazadə ilə "Gənc İstedadlar" rubrikası

-Hansı musiqiləri sevirsən?

-Klassik janrda olan musiqiləri çox sevirəm. Ən çox klassik Azərbaycan musiqilərini. Müğənnilərdən Rəşid Behbudov, Oktay Ağayev, Flora Kərimova, Hüseynağa Hadıyev, Akif İslamzadə, Sara Qədimova, Şövkət Ələkbərova, bəstəkarlardan Oqtay Kazımi, Elza İbrahimova bəstələrinin vurğunuyam, onları çox ifa etmişəm.

Kamil Ağazadə ilə "Gənc İstedadlar" rubrikası

-Kamili ən çox nə sevindirir?

-Uğurlarım, ən çox da tələbələrimin nailiyyətləri məni hədsiz sevindirir. Onlar ilk dəfə respublika birincisi olanda, sonra ümumrespunlika rəqs müsabiqəsində qalib olanda hədsiz sevinmişdim. O zamanlar 25 yaşım var idi və bir gənc müəllim kimi qürurlanmışdım. Səhnədə Mədəniyyət nazirimiz Əbülfəz Qarayevin mənə təqdim etdiyi diploma alanda hətta sevincimdən ağlamışdım. Bu böyük şərəf idi. Ondan sonra karyeramda çiçəklənmə dövrü başlandı. Dünya ölkələrini gəzməyə başladım. Bir neçə dəfə Türkiyə, Rusiya, Latviya, Özbəkistan, Gürcüstanın müxtəlif şəhərlərində tədbirlərdə olduq. İndi isə yay aylarında baş tutacaq Moldova səfərinə hazırlaşıram.

-Tələbələrim Hüseyn, Nərgiz, Fəqan, Gülnaz, İlham, Afət, Zümrüd, Fatimə, Şahanə, Nicatın adlarını qeyd etmək istərdim. Və 2 il öncə 14 yaşında vəfat edən tələbəm Soltan Soltanovu da qeyd etmək istərdim. Ansanblın solisti idi. Onun xatirəsinə rəqs, klip və solo konsert də həsr etdik.

Kamil Ağazadə ilə "Gənc İstedadlar" rubrikası

-Tələbələrim 2015, 2016 və 2017-ci illərdə Rusiyanın Moskva şəhərində keçirilən beynəlxalq rəqs müsabiqəsinin qalibi olublar. 2010-cu ildə Latviyada keçirilən rəqs festivalının qalibidirlər. Ansanblımız 6 qala və 10 solo konsert edib və hər konsertdə 30-a yaxın rəqs kompozisiyaları ilə çıxış ediblər. Eyni zamanda 2010-cu ildə Heydər Əliyevin doğum günü münasibətilə Respublika uşaq rəqs ansanblları müsabiqəsinin 3-cüləridirlər. 2019-cu ilin avqust ayında Türkiyənin Trabzon şəhərində keçirilən mahnı və rəqs festivalında ən yaxşı mahnı və ən yaxşı performans naminantıdırlar. Dünya xalqlarının rəqs paltarları müsabiqəsində bir tələbəm 1-ci yeri tutaraq qalib oldu. Bu illər ərzində çalışdığım Abşeron rayonu Novxanı sənətkarlıq klubu ilə birlikdə yüzlərlə dövlət tədbirlərində iştirak etmişik.

- Bir az da gələcək planlarından danışaq.

- Planlar çoxdur. Hazırda "Həyatın iki üzü” adlı qısametrajlı bir film və "Varlı ürək” adlı teatr tamaşası üzərində çalışıram. Planım budur ki, tezliklə filmi və tamaşanı hazırlayıb tamaşaçılarımıza təqdim edim. Rəhbəri olduğum Xəzər uşaq və yeniyetmələr teatrının respublikada az da olsa tanınmasını və müxtəlif qurumların Sumqayıtda ilk olan bu yeniyetmələr teatrına dəstək olmasını çox istərdim. Ümid edirəm alınar.

Kamil Ağazadə ilə "Gənc İstedadlar" rubrikası

Kamil Ağazadə ilə "Gənc İstedadlar" rubrikası

Kamil Ağazadə ilə "Gənc İstedadlar" rubrikası





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

KATEQORIYALAR