Sumqayıtda hava

Manşet, Cəmiyyət

Rövşən Veysəlov klubunun yetirmələri Azərbaycan birinciliyindən 22 medalla döndülər

Rövşən Veysəlov klubunun yetirmələri Azərbaycan birinciliyindən 22 medalla döndülər

Bu ilin 24 noyabr tarixində Ciu-Citsu döyüş növü üzrə Azərbaycan birinciliyi və çempionatı keçirilib. Azərbaycan Ciu-Citsu Federasiyası tərəfindən təşkil edilən yarışma Şağan Olimpiya Kompleksində baş tutub.

Yarış müxtəlif yaş qrupları, müxtəlif çəki dərəcələri və kəmər sahibləri uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında keçirilib. Respublikada fəaliyyət göstərən digər idman klubları ilə yanaşı medallar uğrunda mübarizəyə Sumqayıt şəhərində fəaliyyət göstərən Rövşən Veysəlov idman klubu 32 idmançı ilə qatılıb. Çempionatda idmançılar Braziliya Ciu-Citsu idman növünün Gİ, No-Gi və (JJİF) Fighting Duo sistem versiyaları üzrə mübarizə aparıblar.

Klubun məşqçisi Rəşad Yaqubovun "Yenisumqayit.az"a verdiyi məlumata görə gərgin idman mübarizəsi nəticəsində Sumqayıt idmançıları 1 qızıl, 13 gümüş və 8 bürünc medal qazanıblar. Qaliblərə diplom və medallar təqdim edilib.

"Yenisumqayit.az"

Rövşən Veysəlov klubunun yetirmələri Azərbaycan birinciliyindən 22 medalla döndülər

Rövşən Veysəlov klubunun yetirmələri Azərbaycan birinciliyindən 22 medalla döndülər

Rövşən Veysəlov klubunun yetirmələri Azərbaycan birinciliyindən 22 medalla döndülər

Rövşən Veysəlov klubunun yetirmələri Azərbaycan birinciliyindən 22 medalla döndülər





Xəbər lenti

Təqvim

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR