Sumqayıtda hava

Manşet, İqtisadiyyat

“SOCAR Polymer” işçiləri Mehriban xanım Əliyevanın təşəbbüsünə qoşuldu

“SOCAR Polymer” işçiləri Mehriban xanım Əliyevanın təşəbbüsünə qoşuldu

"SOCAR Polymer” şirkətinin 100-ə yaxın işçisi zavod ərazisinin boş sahəsində 1500 ədəd cavan ağac əkdilər. Olduqca xeyirli məqsədi olan bu tədbirdə həvəslə iştirak etmiş işçilər Azərbaycanın təkcə sənaye və iqtisadiyyatının inkişafına deyil, həm də təbiətinin qorunmasına xidmət etdiklərini sevə-sevə nümayiş etdirdilər.

Tədbir Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən və 650000 ağacın əkilməsini nəzərdə tutan geniş layihə çərçivəsində həyata keçirildi. Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş bu layihədə onlarla şirkət iştirak edir.

"SOCAR Polymer” boş sahələrin yaşıllaşdırılması və Sumqayıtın abadlaşdırılması məqsədilə irəli sürülən təşəbbüslərə qoşulmağa daim hazırdır. Təbiətin qorunması "SOCAR Polymer” zavodlarının layihələndirildiyi və inşa edildiyi ilk gündən şirkətin əsas şüar və məqsədlərindən biridir. Ətraf mühit və yaxın yaşayış əraziləri üçün risk kəsb edən bütün amillərin aşkarlanaraq nəzərə alınması məqsədilə "SOCAR Polymer” dünya şöhrətli "Golder Associates” şirkəti ilə əməkdaşlıq qurub. Əlavə olaraq, zavodların müasir istehsalat texnologiyası karbohidrogenin bir neçə mərhələdə təkrar istifadəsindən sonra qalıqsız yandırılmasını təmin edir və zərərli tullantıların atmosferə atılmasını əngəlləyir.

Ötən illərdə də Sumqayıtda keçirilən ağacəkmə aksiyaların hər birində həvəslə iştirak etmiş "SOCAR Polymer” bu dəfə də təbiətə öz töhfəsini verməkdən məmnunluq duyur.

"Yenisumqayit.az"

“SOCAR Polymer” işçiləri Mehriban xanım Əliyevanın təşəbbüsünə qoşuldu

“SOCAR Polymer” işçiləri Mehriban xanım Əliyevanın təşəbbüsünə qoşuldu

“SOCAR Polymer” işçiləri Mehriban xanım Əliyevanın təşəbbüsünə qoşuldu

“SOCAR Polymer” işçiləri Mehriban xanım Əliyevanın təşəbbüsünə qoşuldu

 





Xəbər lenti

Təqvim

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR