Sumqayıtda hava

Manşet, Cəmiyyət

AzTV-də bədii şuranın ilin ilk iclası keçirildi - İlk görüş yeri Sumqayıt seçildi

AzTV-də bədii şuranın ilin ilk iclası keçirildi - İlk görüş yeri Sumqayıt seçildi

"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC yanında Bədii Şuranın növbəti toplantısı keçirilib.

 

İclasda QSC sədri Rövşən Məmmədov çıxış edərək bu il görüləcək işlər və gözləntilər barədə qısa məlumat verib. Sədr qeyd edib ki, artıq bu il İdman TV-nin səhər proqramı efirə çıxacaq və bununla hər üç (AzTV, Mədəniyyət TV və İdman TV) kanalın ayrıca səhər proqramı olacaq.

Mədəniyyət TV-nin səhər studiyasının yenidən tikildiyini deyən Rövşən Məmmədov bildirib:

"Bu il AzTV-də yeni daha maraqlı və daha dinamik verilişlər görəcəksiniz. İl ərzində daha bir neçə yeni studiyanın tikilməsi planlaşdırılır. Verilişlər arasında rəqabət müşahidə olunur. Eyni zamanda, "Hüquq və mən”, "Baku s Nadejdoy” kimi verilişlərin çəkilişləri artıq başlanıb və yaxın günlərdə yayımlanması planlaşdırılır”.

İclasda Şura üzvləri - Xalq artisti Mübariz Tağıyev, Xalq artisti Ramiz Quliyev, Xalq artisti Faiq Sücəddinov, Xalq artisti Mənsum İbrahimov, professor Ceyran Mahmudova, Əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova və digərləri danışaraq fikir və təkliflərini bildiriblər. Bədii Şura üzvləri Azərbaycan Televiziyası, "Mədəniyyət” və "İdman” kanallarında nümayiş olunan proqramlarla bağlı fikir mübadiləsi aparıblar, təklif və iradlarını bildiriblər.

Həmçinin qərara alınıb ki, Bədii Şura bölgələrdə də bu il bir qədər fərqli formatda ictimaiyyətlə görüşlər keçirsin. Bu il ilk görüş yeri olaraq Sumqayıt şəhəri seçilib.

"Aztv.az"





Xəbər lenti

Təqvim

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR