Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıtda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anım mərasimi keçirilib

Sumqayıtda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anım mərasimi keçirilib

Sumqayıtda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anım mərasimi keçirilib

Xalqımızın yaddaşına, tariximizə qanla həkk olunan 20 Yanvar faciəsindən 30 il ötür. Ümumxalq Hüzn günü Sumqayıt şəhərində böyük izdihamla qeyd olunub.

Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri səhər saatlarında Sumqayıtdakı şəhidlər memorial kompleksini ziyarət ediblər.

Şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstələrinin qoyulması ilə başlayan anım mərasimində faciə qurbanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra mərasim iştirakçıları şəhərin Şəhidlər xiyabanında şəhidlərin məzarları üzərinə qərənfillər düzüblər.
Saat 12:00-da şəhər ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobillərdən faciə qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq səs siqnalları verildi.
Sumqayıt Cümə Məscidinin axundu şəhidlərin ruhuna dua oxuyub.
1990-cı ilin yanvar hadisələri zamanı, Sumqayıt-Bakı magistral yolunun 24-cü kilometrliyində, Ceyranbatan qəsəbəsi ərazisində şəhid olmuş sumqayıtlı alimlər – İbrahim İbrahimovun, İsmayıl Mirsaqulovun və Svetlana Məmmədovanın xatirə abidəsi də ziyarət edilib.

"Sumqayitxeber.com"





Xəbər lenti

Təqvim

«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 

KATEQORIYALAR