Sumqayıtda hava

Manşet, Cəmiyyət

FHN-in Sumqayıt Regional Mərkəzi dəyirmi masa keçirib

FHN-in Sumqayıt Regional Mərkəzi dəyirmi masa keçirib

Yanvarın 29-da Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Abşeron rayonu Aşağı Güzdək bələdiyyəsində "Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində Regional Mərkəzi ilə yerli özünüidarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin təşkili” mövzusunda "dəyirmi masa” keçirib.

Tədbirdə FHN-in Sumqayıt Regional Mərkəzinin, I Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları, bələdiyyə, yerli icra və özünüidarəetmə orqanlarının nümayəndələri iştirak ediblər.

"Dəyirmi masa”da FHN-in Sumqayıt Regional Mərkəzi ilə yerli özünüidarəetmə orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsinin əhəmiyyətindən, həmçinin qarşıya çıxan problemlərdən söz açılıb.

Tədbirdə çıxış edənlər fövqəladə hallar orqanları ilə yerli özünüidarəetmə orqanlarının mümkün əməkdaşlıq sahələri barədə məlumat verib və fövqəladə halların nəticələrini aradan qaldırmaqla yanaşı, qarşısının alınmasında birgə çalışmağın daha faydalı olduğunu diqqətə çatdırıblar.

Toplantıda FHN-in Sumqayıt Regional Mərkəzinin monitorinq qruplarının Abşeron rayon Aşağı Güzdək qəsəbəsi ərazisində müxtəlif vaxtlarda keçirdiyi monitorinqlərin nəticələrindən bəhs edən fotoslaydlar nümayiş olunub, problemlərdən söz açıblar.

Sonda əhalinin və ərazilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə aparılmış monitorinqlərə, həmçinin ərazidə görülməsi vacib olan təhlükəsizlik tədbirlərinə dair fikir mübadiləsi aparılıb.

"Dəyirmi masa”da Mərkəzin əməkdaşları tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb, maarifləndirmə xarakterli təbliğat materialları, yaddaş kitabçaları və bukletlər paylanılıb.

"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 

KATEQORIYALAR