Sumqayıtda hava

Siyasət

Deputatlığa namizəd Ceyran Həsənova Sumqayıtlı seçicilərə müraciət edib

Deputatlığa namizəd Ceyran Həsənova Sumqayıtlı seçicilərə müraciət edib

42 saylı Sumqayıt 2-ci seçki dairəsindən deputatlığa namizəd Ceyran Həsənova seçicilərə müraciət edib. "Yenisumqayit.az" olaraq müraciəti təqdim edirik:

Əziz seçicilərim! Mən sizlərdən biriyəm. Vətənə bir oğul qurban verdim. Mən öz şəxsi mənafeyim üçün deyil, qalan ömrümü bütün varlığımla sizlərə - xalqıma xidmət etmək üçün bu yolu seçdim. Sizin çətinliklərinizi, problemlərinizi mən də yaşamışam və hal hazırda da yaşayıram. Övlad acısı, evsizlik, işsizlik və digər maddi və sosial çətinlikləri yaşadım. Amma heç vaxt əyilmədim, qürurumu sındırmadım. Mən daim sizin yanınızda olmaqla bərabər sizin haqlarınızı müdafiə etmək, problemərinizin həlli istiqamətində işlər görmək, şəhid ailələrinə, imkansız ailələrə, sağlamlıq imkanları məhdud olan insanlara, ahıllara, gənclərin işlə təmin olunmasına köməklik göstərmək üçün bütün qüvvəmi sərf edəcəm. Sizi narahat edən məslələrlə bağlı Milli Məclisdə çıxışlar etmək, istəklərinizi ali məclisdə səsləndirmək, vətəndaşlarımızın həyat səviyyəsinin yüksəldilməsi üçün fikirlər söyləmək mənim görəcəyim işlərin bir hissəsidir.

Ana səsi ən doğru seçimdir. Bu seçim bizi doğru yola aparacaq!!!

"Yenisumqayit.az"





Цитата
  • Группа: Qonaq
  • ICQ:
  • Регистрация: --
  • Статус:
  • 0 комментариев
  • 0 публикаций
^

Xəbər lenti

Təqvim

«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 

KATEQORIYALAR