Sumqayıtda hava

Manşet, Siyasət

Hicran Hüseynova Milli Məclisin komitə sədri seçilib

Hicran Hüseynova Milli Məclisin komitə sədri seçilib

41 saylı Sumqayıt birinci seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı Hicran Hüseynova Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri seçilib. Bu barədə Hicran Hüseynova öz sosial şəbəkə hesabında məlumat verib:

- Mənə göstərilən bu etimada görə Yeni Azərbaycan Partiyasının sədri, dövlət başçısı cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Eyni zamanda namizədliyimi dəstəklədikləri üçün Milli Məclis rəhbərliyinə və deputat həmkarlarıma təşəkkür edirəm.

Uzun müddət ölkədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri olaraq fəaliyyət göstərmişəm. Bu sahədə əldə etdiyim təcrübə ilə Milli Məclisin işinə öz töhfəmi verəcək, müvafiq sahədə mövcud qanunlara yenidən baxılması və təkmilləşdirilməsi istiqamətində təklif və tövsiyələrimi bölüşəcəyəm.

Hazırda yeniləşən Milli Məclis qarşısında yeni çağırışlar və işlərin yenidən təşkili durur. Ölkə Prezidenti cənab İlham Əliyev bugün Milli Məclisin birinci iclasında söylədiyi nitqində bir daha vurğuladı ki, yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir. Buna görə də bizim qarşımızda, xüsusilə qanunvericilik sahəsində mühüm vəzifələr dayanır.

Bildirirəm ki, müvafiq sahədə qanunvericiliyin təkmilləşdirilməsi, eləcə də qəbul edilmiş qanunların işlək formaya gətirilməsində fəaliyyətimi Komitə üzvləri ilə birgə davam etdirəcəyəm."
"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR