Sumqayıtda hava

Manşet / Cəmiyyət

Mehdi Hüseynzadə stadionunda yenidənqurma işləri sürətlə davam edir

Mehdi Hüseynzadə stadionunda yenidənqurma işləri sürətlə davam edir

Sumqayıtın əsas idman arenasında - Mehdi Hüseynzadə adına şəhər stadionunda tikinti işləri sürətlə davam edir. Ölkəmizin dördüncü ən böyük stadionunun yenidən qurulması üzrə işlər dövlət başçısının Sərəncamı əsasında aparılır.

"Sumqayitxeber.com"-un məlumatına görə, şəhərin idman həvəskarlarının sərəncamına 1966-cı ildə verilmiş stadion tamamilə sökülüb və onun yerində yeni, müasir idman qurğusunun tikintisi başlanıb.
Sumqayıtlı veteran futbolçu Telman Salahov xatırlayır ki, idman arenasının meydanında ilk matç bu şəhərin "Polad” komandası ilə Rusiya Federasiyasının Rostov vilayətindəki "Belaya Kalitva” şəhərini təmsil edən eyniadlı klub arasında olub. SSRİ çempionatının "B” qrupunda keçirilmiş həmin görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Telman Salahovun sözlərinə görə, bu idman arenasının tikintisi haqqında qərar 1954-cü ildə, Sumqayıt şəhər statusu alandan dərhal sonra qəbul edilmişdi. Ancaq onun tikintisinə yalnız 1963-cü ildə başladılar, açılış isə 1966-cı il iyulun 1-də oldu.

Sumqayıt stadionunun tribunaları parlaq beynəlxalq "döyüşlərin” də şahidi olub. Burada ilk beynəlxalq matç 1982-ci ildə Azərbaycanın və İranın gənclərdən ibarət yığmaları arasında keçirilib. 1985-ci ildə Sumqayıt stadionunda daha bir beynəlxalq matç keçirilib: FIFA-nın gənclər arasında Dünya çempionatının "D” qrupunda Çin və Paraqvay komandaları qarşılaşıb. Həmin görüşdə Çin futbolçuları 2:1 hesabı ilə qalib gəliblər.

Sumqayıt stadionu şəhər parkının ən gözəl guşəsində yerləşir. Onun tribunalarından Xəzər sahillərinə çox gözəl mənzərə açılır. Stadionda yenidənqurma işləri cari ilin sonuna qədər başa çatacaq.
"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

KATEQORIYALAR