Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıtda koronavirus pandemiyasına qarşı görülən tədbirlər müzakirə olunub

Sumqayıtda koronavirus pandemiyasına qarşı görülən tədbirlər müzakirə olunub

Ölkəmizin hər yerində olduğu kimi Sumqayıt şəhərində də Koronavirusa qarşı aparılan tədbirlər davam edir, sanitar-epidemioloji vəziyyət ciddi nəzarət altında saxlanılır, qabaqlayıcı tədbirlər həyata keçirilir.

Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə koronavirus pandemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı komissiya yaradılıb.
Martın 22-də Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərliyi ilə komissiyanın geniştərkibli iclası keçirilib. İclasda Sumqayıt şəhərində koronavirus pandemiyasına qarşı aparılan tədbirlər haqqında ətraflı məlumat verilib, bu istiqamətdə görülən işlər müzakirə olunub.
Vurğulanıb ki, Azərbaycanda Koronavirusla bağlı məsələ ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən ilk gündən nəzarətdə saxlanılmış, Nazirlər Kabineti 2020-ci il 30 yanvar tarixində Azərbaycan Respublikasında yeni Koronavirus xəstəliyinin qarşısınin alınması ilə bağlı fəaliyyət planını təsdiq edilmişdir. Ölkəmizdə ilk koronavirus infeksiyasına yoluxma faktı qeydə alınan kimi ölkə başçısının tapşırığı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Sumqayıt şəhərində yaradılmış komissiya tərəfindən də şəhər sakinləri arasında maarifləndirici tədbirlər görülür, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara və müəyyənləşdirdiyi qaydalara əməl olunmasına ciddi şəkildə nəzarət həyata keçirilir.
Qeyd olunub ki, şəhərdə fəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət, gənclər, sənaye müəssisələrində, nəqliyyat, məcburi köçkünlərin sıx məskunlaşdığı yataqxanalar, böyük ticarət mərkəzləri, avtovağzal, dəmiryolunda və şəhərin müxtəlif yerlərində (park, bulvar, meydanlarında) müntəzəm tibbi proflaktik dezinfeksiya işləri aparılır.
Şəhər icra hakimiyyətinin başçısı bir daha şəhər sakinlərindən xahiş edib ki, çox ciddi zərurət olmadığı təqdirdə küçəyə çıxmaqdan çəkinsinlər. Özlərinin, ailə üzvlərinin və uşaqların təhlükəsizliyini təmin etmək məqsədi ilə evdə qalmağa üstünlük versinlər. Şəhər rəhbəri aparılan dezinfeksiya işlərinin daha da sürətləndirilməsi ilə bağlı tapşırıqlar verib.

"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR