Sumqayıtda hava

Manşet, İqtisadiyyat

Azertexnolayn MMC Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat köçürdü

Azertexnolayn MMC Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat köçürdü

Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Fərmanı ilə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə dəstək məqsədilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna "Azertexnolayn" MMC tərəfindən də dəstək göstərilib.

"Marja.az"ın məlumatına görə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin "Bir olaq, dəstək olaq" çağırışına qoşulan "Azertexnolayn" MMC koronavirusla mübarizə məqsədilə Fonda 200 min manat vəsait köçürüb.

Sumqayıt Kimya Sənaye Parkının ilk rezidentlərindən olan "Azertexnolayn" MMC 2013-cü ildən fəaliyyət göstərir. Ölkədə sənaye infrastrukturunun inkişafına, onun mövcud potensialının daha da möhkəmlənməsi və müasirləşdirilməsinə öz töhfəsini verən müəssisədə ixracyönümlü polad və polietilen borular, mexaniki və hidrotexniki avadanlıqlar istehsal edilir.

"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR