Sumqayıtda hava

Manşet, İqtisadiyyat

SOCAR-dan koronavirus infeksiyasının yayılmaması ilə bağlı əlavə tədbirlər

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ Qərargahın "COVID-19”koronavirusunun yayılmaması ilə bağlı profilaktik tədbirləri çərçivəsində, Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərindən dərhal sonra, SOCAR əksər əməkdaşlarının 1 ay müddətində "özünütəcrid” vəziyyətində evdən işləməsi və ya ödənişli məzuniyyətə göndərilməsi barədə qərar qəbul edib. SOCAR prezidentinin 24 mart 2020-ci il tarixli Əmrinə əsasən, sosial izolyasiya məqsədilə şirkətin əksər əməkdaşları 29 mart - 29 aprel 2020-ci il tarixləri arasında evdən işləyəcək və ya qrup halında ödənişli məzuniyyətə göndəriləcəklər. Bununla belə, tələb olunduğu halda, bu işçilər əmək funksiyalarını tam və ya qismən yerinə yetirməyə fiziki və texniki cəhətdən dərhal hazır olmalıdırlar. Yaranmış fors-major vəziyyəti ilə əlaqədar tətbiq olunan məzuniyyət tədbirlərinin işçilərin illik ödənişli məzuniyyət kvotasına aidiyyatı yoxdur.

Neftin-qazın hasilatı, nəqli, neft-qaz və neft-kimya məhsullarının emalı, nəqli, satışı, uçotu, maliyyə hesabatları, sanitar-gigiyena, mühafizə və digər əlaqədar biznes proseslərdə bilavasitə iş yerlərində iştirakı zəruri olan işçilər, o cümlədən SOCAR-ın müəssisə və təşkilatlarının rəhbərləri və onların müavinləri, minimum sayda, öz funksiyalarını yerinə yetirməyə davam edəcəklər. İşçilərin işə cəlb edilməsi və qrup halında məzuniyyətə göndərilməsi halları növbəli iş üsulu ilə çalışan işçilərə şamil edilmir.

Qeyd edək ki, dəniz obyektlərində çox sayda işçilərin məhdud bir ərazidə - dəniz özüllərində, yaşayış blokunda və evciklərdə, yataqxanalarda bir yerdə təmasda olmaları (bir yerdə işləmələri, istirahət etmələri, yemək yemələri, yatmaları) ilə əlaqədar olaraq, yerinə yetirilməsi çox da vacib olmayan əməliyyatlar təxirə salınaraq, işçilər təxliyə olunacaq və dəniz obyektlərinə yeni göndərişlər olmayacaq. Dəniz özüllərində infeksiyaya tutulma şübhəsi olan xəstələrin təxliyyə olunanadək digər işçilərdən təcrid edilmiş vəziyyətdə saxlanılması məqsədilə platformalarda xüsusi bokslar (müvafiq şəraitə malik ayrıca kayut, evcik və s.) yaradılacaq.

SOCAR-ın Baş ofisinin və strukturuna daxil olan qurumların işçilərinin nəzərinə çatdırırıq ki, epidemiya, sanitariya-gigiyena və ya karantin rejimlərinin elan olunması barədə müvafiq orqanın qəbul etdiyi qərarların pozulmasına görə müəyyən edilmiş cinayət və inzibati məsuliyyətlə yanaşı, SOCAR-ın Əmrlərinin tələblərini pozan əməkdaşların əməlləri şirkətdaxili intizam qaydalarının pozulması kimi qiymətləndiriləcək və buna uyğun olaraq tədbirlər görüləcək.

"COVID-19” pandemiyası ilə əlaqədar yaranmış bu çətin vəziyyətdə biz - neftçilər də, həm evlərimizdən "özünütəcrid” vəziyyətində, həm də gərəksə iş yerlərimizdən çalışmaqla iş proseslərinin davamlılığını təmin etməli və əlimizdən gələn köməkliyi dövlətimizə göstərməliyik. Hər birimizə özümüzün və ailəmizin sağlamlığını qorumağı, tezliklə adət etdiyimiz həyat və iş şəraitlərimizə qayıtmağı arzulayırıq!

"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR