Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda ekoloji məsələlərin həlli diqqət mərkəzindədir

Sumqayıtda ekoloji məsələlərin həlli diqqət mərkəzindədir


Ötən illərdə olduğu kimi, 2014-cü ildə də SOCAR-ın “Azərikimya” İB-nin ekoloji siyasətinin əsas tərkib hissəsi olaraq ətraf mühitin sağlamlaşdırılması, atmosferə, su hövzələrinə, yerin təkinə çirkləndirici maddələrin atılmasının qarşısının alınması və ekoloji tarazlığın bərpası istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilmiş, kimyaçılar, Sumqayıt sakinləri, xüsusən də məktəblilər arasında ekoloji maarifləndirmə və ekoloji mədəniyyətin inkişaf etdirilməsi istiqamətində səmərəli iş aparılmışdır.

"Yeni Sumqayıt"ın SOCAR-ın rəsmi saytına istinadla verdiyi məlumata əsasən, “Azərikimya” İB-nin Etilen-polietilen zavodunun Qaz və maye karbohidrogenlərinin qazlaşdırılması, sıxılması, saxlanılması sexinin neft məhsullarının saxlanması parkında korroziyaya uğradığından uzun illərdən bəri istismarı dayandırılmış, 10 ədəd müxtəlif ölçülü tutum demontaj olunmuşdur. Ərazidən metal və beton qalıqları kənarlaşdırılmış, neft məhsulları ilə çirklənmiş 8500 m3-ə yaxın torpaq bioremediasiya üsulu ilə təmizlənmişdir. Həmin sahədə yaşıllaşdırma işləri aparılmış, Abşeron şəraitinə inproduksiya olunmuş və «Qırmızı kitaba» düşmüş nadir bitkilər, 4000-dən çox müxtəlif növ ağac-kol, meyvə, o cümlədən adi əncir, nar, gilas, heyva, zeytun tingləri əkilmişdir. Ekologiya məsələlərin həllinə xüsusi diqqət yetirilən “Azərikimya” İB-də bu istiqamətdəki işlər 2015-ci ildə də planlı şəkildə davam etdiriləcək.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR