Sumqayıtda hava

Elan

Norm Sement zavodundan Təcrübə Proqramı - ÖDƏNİŞLİ

Norm Sement zavodundan Təcrübə Proqramı - ÖDƏNİŞLİ

Norm Sement zavodu Bakının Qaradağ rayonunda fəaliyyət göstərir. İstehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement təşkil edən müəssisə cənubi Qafqazın ən iri sement zavodudur.

Norm ASC aşağıda qeyd edilən tələblərə əsasən ödənişli təcrübə proqramı həyata keçirir.

Hazırda şirkətimizə Elektronika və Avtomatlaşdırma üzrə Təcrübəçi (2 nəfər) və Mexaniki Təmir və Planlama üzrə Təcrübəçi (2 nəfər) tələb olunur. Proqram aşağıda qeyd edilən ixtisaslar üzrə universitetdə təhsil alan bakalavr və magistr pilləsinin sonuncu kurs tələbələri arasından seçim edilərək həyata keçiriləcəkdir:

• Mexanika
• Elektroenergetika
• Avtomatlaşdırma
• Planlama
• Texnoloji maşınlar və avadanlıqlar
• Elektronika

Təcrübə müddəti 6 aydır və müqavilənin şərtləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir.

İş yeri Qaradağ rayonu Ümid qəsəbəsində yerləşdiyi üçün şirkət müəyyənləşdirilmiş vaxtlarda və istiqamətlərdə servis avtobusları təşkil edir.

Təcrübəçilər könüllü tibbi sığorta növü üzrə sığortalanır və naharla təmin edilir.

Bizimlə əməkdaşlıq etmək istəyən tələbələr öz tərcümeyi-hallarını hr@norm.az ünvanına müraciət etdikləri vəzifənin adını mövzu xanasında qeyd etməklə göndərməkləri xahiş olunur.

Tərcümeyi-halların təqdim olunması üçün son tarix: 31.03.2020





Xəbər lenti

Təqvim

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

KATEQORIYALAR