Sumqayıtda hava

Manşet / Cəmiyyət

YAP Sumqayıt şəhər təşkilatı koronavirusla mübarizə məqsədilə silsilə aksiyalar keçirir - FOTOLAR

YAP Sumqayıt şəhər təşkilatı koronavirusla mübarizə məqsədilə silsilə aksiyalar keçirir - FOTOLAR

Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin tövsiyə və göstərişi ilə 21 mart tarixindən Azərbaycanın bütün şəhər və rayon təşkilatlarında "Sağlamlığımız milli həmrəyliyimizdir” aksiyası başlayıb. YAP Sumqayıt şəhər təşkilatı da YAP İcra Katibliyinin tövsiyə və göstərişlərinə uyğun olaraq bu aksiyaya qoşulub. Azərbaycanda yaşlı insanların problemlərinə həssas münasibət bu gün də mövcuddur. Pensiya yaşlı insanların sosial müdafiəsinin gücləndirilməsi "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” deyən Prezident İlham Əliyevin diqqət mərkəzindədir. "Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”na əsasən, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində davamlı islahatlar həyata keçirilir. Həmin islahatlar ölkəmizdə sosial müdafiə sisteminin beynəlxalq standartlar səviyyəsində yenidən qurulmasına imkan verir. Günümüzün bəlasına çevrilən koronavirus (nCOV-2019) təhlükəsi 65 yaş üstü insanlar üçün daha təhlükəli hesab olunur. Bu məqsədlə, 120-dən çox ahıl və tənha insanı ziyarət edən YAP Sumqayıt şəhər təşkilatının könüllüləri bu insanlara gigiyenik vasitələr təqdim etmiş, onları koronavirusla bağlı ehtiyat tədbirləri görməyə çağırmış, şəxsi izolyasiya qaydalarını izah etmiş və onlara evdə qalmağı tövsiyyə etmişdir.

Prezident İlham Əliyevin göstərişinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bütün sosial xidmət işçiləri səfərbər edilməklə gücləndirilmiş iş rejimi şəraitində yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində gündəlik sosial xidmətlərin göstərilməsinə başlanıldı.
Koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində tədbirlərindən bəhs edərkən dövlətimizin başçısı xüsusilə yaşlı insanların qorunmalı olduğunu qeyd etdi, yaşlı insanlara onların yaşadıqları yerlərdə xidmətlər göstərilməsini tapşırdı, könüllülərimizin də bu işlərə qoşulmalı olduqlarını bildirdi.
YAP Sumqayıt şəhər təşkilatının könüllüləri də yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində gündəlik sosial xidmətlərin göstərilməsində (dərman vasitələri, kommunal ödənişlərin edilməsi və s.) yaxından iştirak edirlər. Belə ki, bu sahədə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının könüllüləri bu fəaliyyətdən məmnun olduqlarını, hər zaman tənha və yaşlı insanlara kömək edəcəklərin bildirdilər.

Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı olaraq hər kəsi #evdəqalmağa çağırırıq.#BizBirlikdəGüclüyük!

Yenisumqayit.az

YAP Sumqayıt şəhər təşkilatı koronavirusla mübarizə məqsədilə silsilə aksiyalar keçirir - FOTOLAR

YAP Sumqayıt şəhər təşkilatı koronavirusla mübarizə məqsədilə silsilə aksiyalar keçirir - FOTOLAR

YAP Sumqayıt şəhər təşkilatı koronavirusla mübarizə məqsədilə silsilə aksiyalar keçirir - FOTOLAR

 





Xəbər lenti

Təqvim

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

KATEQORIYALAR