Sumqayıtda hava

Manşet, İqtisadiyyat

Pensiya artımı ilə bağlı yeni xəbər

Pensiya artımı ilə bağlı yeni xəbər


"Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi üçün hər ay təqribən 1 milyon manat əlavə vəsait tələb olunacaq".

Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib.

O bildirib ki, bu vəsaitlər DSMF-nin büdcəsində öz əksini tapacaq. Fond sədri dövlət başçısının əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzaladığını xatırladıb:
"Sərəncama əsasən Dövlət Sosial Müdafiə Fonduna bütün növ əmək pensiyalarının sığorta hissəsi, sığortaolunanların fərdi hesablarında qeydiyyata alınan pensiya kapitallarının 2014-cü ilin inflyasiya göstəricisinə uyğun olaraq indeksləşdirilməsi tapşırılıb. Fond tərəfindən bu tapşırığın icrası avtomatlaşdırılmış rejimdə həyata keçiriləcək. Ümumilikdə, bütün əmək pensiyaçılarının 95%-nin, yəni xüsusi rejimdə pensiya alanlar istisna olmaqla yerdə qalan 1 milyon 215 min pensiyaçıya bu artım şamil olunacaq".

Fond sədri bildirib ki, 3 milyona yaxın sığortaolunan fərdi hesablarındakı pensiya kapitalları da bu indeksləşdirilməyə məruz qalacaq.


(ANS PRESS)





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR