Sumqayıtda hava

Manşet / Cəmiyyət

Bu il 12 min ailə özünüməşğulluq proqramı ilə kiçik təsərrüfatlarını yaradacaq

Bu il 12 min ailə özünüməşğulluq proqramı ilə kiçik təsərrüfatlarını yaradacaq

Məşğulluğa və sosial rifaha dəstək istiqamətlərindən biri də özünüməşğulluq proqramının genişləndirilməsidir.Bu il 12 minə yaxın ailənin bu proqrama cəlb edilməsi nəzərdə tutulur.

Bunu Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına dair keçirilən müşavirədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib. Nazir qeyd edib ki, bu istiqamətdə həm dövlət vəsaitlərindən, həm də Dünya Bankının və özəl bankların vəsaitlərindən istifadə olunacaq.

O, işsizlikdən sığorta ödənişinin təyinatı mexanizminin də sadələşdiriləcəyini deyib. Bildirib ki, nəticədə bu mexanizmin cari ildə 20 min insanı əhatə etməsi, bununla daha çox vətəndaşımıza işaxtarma dövründə dəstək göstərilməsi nəzərdə tutulur.

S.Babayev diqqətə çatdırıb ki, aprelin 1-dən 14 aprel tarixinədək ünvanlı sosial yarıdımı alanların sayı 9 min ailə və ya 35 min insan artıb. Ümumilikdə hazırda 79 min ailənin 330 min üzvü ünvanlı sosial yardım proqramı ilə əhatə olunur.

Yenisumqayit.az





Xəbər lenti

Təqvim

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

KATEQORIYALAR