Sumqayıtda hava

Manşet / Elan

Sumqayıtda qan vermək istəyənlərin nəzərinə: “Könüllü Donor” aksiyasına start verildi

Koronavirus (COVİD-19) qlobal pandemiyası ilə əlaqədar qan qıtlığı səbəbindən Azərbaycanda talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən, təcili əməliyyata ehtiyacı olan şəxslərin həyatı üçün təhlükə yarana bilər. Belə ki, son günlərdə donorların sayında kəskin azalmanın müşahidə olunması qeyd olunan şəxslər üçün həyati əhəmiyyət kəsb edən qan tədarükünü, demək olar ki, mümkünsüz etmişdir. Mövcud vəziyyət, ölkədə qeydiyyatda olan və gündəlik qana ehtiyacları olan talassemiya xəstələri, xüsusən də uşaqlar üçün böyük həyat riskinə səbəb olmaqdadır. 

Bununla əlaqədar, ölkənin 18 aparıcı könüllü təşkilatı və hərəkatının birləşdiyi Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi və Milli Hematologiya və Transfuziologiya Mərkəzi – Qan Bankı tərəfindən "Könüllü Donor” aksiyasına start verildi. Bu çərçivədə, Qan Bankının paytaxt və regionlarda yerləşən bölmələrinə könüllülər tərəfindən qan verilməsi nəzərdə tutulur.
Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi və Milli Hematologiya və Transfuziologiya Mərkəzi bütün vətəndaşları bu təşəbbüsə qoşularaq həmrəylik nümayiş etdirməyə və qana ehtiyacı olan xəstələrə, əsasən də talassemiyalı uşaqlara yardımçı olmağa, damarlarında axan qanı hədiyyə etməyə çağırır.
"Könüllü Donor” olmaq istəyən şəxslər Milli Hematologiya və Transfuziologiya Mərkəzi – Qan Bankının bölgə bölməsinin (Bakı, Şirvan, Lənkəran, Quba, Şəki, Mingəçevir, Bərdə və Gəncədə) aşağıda qeyd olunmuş nömrələri ilə əlaqə saxlayıb yaxınlaşa bilərlər. Könüllü donorlardan qan verməyə gəlməzdən öncə Mərkəzi Qan Bankının müvafiq bölgə bölməsi ilə 1 saat əvvəldən əlaqə saxlayıb məlumat vermələri xahiş olunur.
Donor olmaq istəyən şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə 1 rəqəmini (təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini tərk etmək üçün) və şəxsiyyətini təsdiq edən məlumatı göndərməlidir (məsələn: 1 AZE11111111). Yaşayış yerini tərk etmək üçün icazə rayon və şəhər daxilində 2 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir.
KİM QAN VERƏ BİLƏR?
♦ Çəkiniz 50 kq-dan artıq olmalıdır
♦ Aşağı yaş həddi - 18, yuxarı yaş həddi – 65 olmalıdır.
QANVERMƏDƏN ƏVVƏL HANSI QAYDALARA ƏMƏL ETMƏK LAZIMDIR?
♦ Qan verməmişdən 5 gün öncə aspirin və piroksikam tərkibli qanı durulaşdıran dərmanları qəbul etmək olmaz.
♦ 48 saata kimi alkoqol qəbul etmək olmaz.
♦ Mütləq yaxşı yatmaq və qan verməzdən 2 saat öncə normal qidalanmaq lazımdır.
♦ Siqaret çəkməkdən çəkinmək məsləhət görülür (siqaretçəkmə donorluq üçün əks-göstəriş deyil, lakin həkimlər qan verməzdən bir saat əvvəl və bir saat sonra siqaret çəkməyi məsləhət görmürlər. Çünki qana düşən nikotinin zəhərli təsiri pasiyentlər üçün, xüsusən yeni doğulan körpələr üçün təhlükəlidir. Həmçinin bu, donorun əhvalına pis təsir edə bilər).
♦ Qan verməzdən əvvəl içilən 2 stəkan şirə və ya su qan verdikdən sonra yaxşı əhval-ruhiyyəni təmin etmiş olur.
HANSI HALLARDA DONOR OLA BİLMƏRƏM?
♦ Koronavirus infeksiyası olan riskli bölgəyə baş çəkmisinizsə, Azərbaycana qayıtdıqdan 4 həftə sonra qan verə bilərsiniz (xahiş edirik səyahət qaydalarına riayət edin).
♦ Soyuqdəymə əlamətləri (boğaz ağrısı, əzələ ağrısı, baş ağrısı, öskürək, hərarət, nəfəs darlığı) müşahidə olunursa tam sağalandan sonra qan verə bilərsiniz.
♦ İzolyasiya olunmuş, kəskin respirator (tənəffüs) infeksiya simptomları olan və koronavirus testi neqativ olan, eyni zamanda koronavirus testi pozitiv olan biri ilə təmasda olmusunuzsa, həmin şəxsin simptomlarının aradan qaldırılmasından 4 həftə sonra qan verə bilərsiniz.
♦ Səyahət edən şəxslər 28 gün sonra təkrar donor ola bilərlər.
KORONAVİRUS QANLA YOLUXURMU?
♦ Koronavirusun qan komponentləri ilə yoluxduğu təsdiqlənməmişdir.
♦ Koronavirusun qan köçürülməsi ilə ötürülə biləcəyinə dair heç bir məlumat və ya sübut yoxdur.
♦ Dünyada koronavirus da daxil olmaqla hər hansı bir tənəffüs virusuna qanla yoluxma hallarına rast gəlinməmişdir.
♦ Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının bölmələri ən son tövsiyələri nəzərə alıb qan və qan komponentlərinin təhlükəsiz toplanması, tədarükü üçün bütün zəruri dəyişiklikləri yerinə yetirir və ən son protokolları tətbiq edir.
MƏRKƏZİ QAN BANKINDA TƏHLÜKƏSİZLİK QAYDALARINA ƏMƏL EDİLİRMİ?
♦ Donor banka daxil olmamışdan öncə hərarəti yoxlanılır.
♦ Donor qan verməzdən öncə və qan verdikdən sonra əl dezenfektantı ilə təmin olunur.
♦ Donorlar yanaşı kreslolarda qan vermir, ara məsafəsi saxlanılır.
♦ Donorun qolu aseptik məhlulla təmizlənir.
♦ İşçilərin hər gün sağlamlıq qiymətləndirilməsi həyata keçirilir.
♦ Əlcək, maska istifadə olunur və onlar tez-tez dəyişdirilir.
♦ Hər qanvermədən sonra donorun toxunduğu sahələr təmizlənilir.
♦ Hər donor üçün steril toplama dəstlərindən istifadə olunur.
♦ Avadanlıqlar dezinfeksiya edilir.
Donorlara tövsiyə olunur ki, qan verdikdən sonra 48 saat ərzində onlarda soyuqdəymə əlamətləri müşahidə olunarsa, bu haqda donor olduqları Qan Bankına məlumat versinlər.
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının bölmələri ilə əlaqə saxlayıb yaxınlaşa bilərsiniz:
Mərkəzi Qan Bankı: Bakı şəhəri, Mirəli Qaşqay küç 87
Tel.: 907


Sumqayıt bölgə bölməsi: M. Hüseynzadə pr. Təcili Tibbi Yardım Xəstəxanası 1-ci korpus, 1 ci mərtəbə.
Tel:0186556760
+99470 726 45 49

Şirvan bölgə bölməsi: Heydər Əliyev pr.16. Şirvan şəhər Mərkəzi Xəstəxanası.
Tel: 0212150029
+99450 390 94 33
Lənkəran bölgə bölməsi: Lənkəran şəhəri
Nizami küçəsi 67. Lənkəran Mərkəzi xəstəxanası.
Tel: 02525 4-09-75
+99450 315 54 72
Quba bölgə bölməsi: Quba Qan bankı Fətəli Xan küç 10. Tibb Kollecinin binası.
Tel: 02333 5-38 -01
+99450 478 6477
Şəki bölgə bölməsi: Şəki şəh M.Ə.Rəsulzadə 164.
Tel: 024-244-25-90
+99455 537 60 15
Mingəçevir bölgə bölməsi: 20 yanvar küç, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası "C" korpusu.
Tel: 0242743870
+99450 550 66 60
Bərdə bölgə bölməsi: N. Nərimanov küç 2.
Tel:020 205 02 90
+99451 362 36 36
Gəncə bölgə bölməsi: Gəncə ş. S. Hacıyev küç 2.
Tel: 252 08 45
+99455 643 45 41
QEYD: Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə 4 aprel 2020-ci il saat 00:00-dan etibarən tətbiq edilən karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyəti müəyyən olunmuşdur. Qan verməyə gələn donorlardan xahiş edirik ki, Mərkəzi Qan Bankına gəlməzdən öncə yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə 1 rəqəmini (təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini tərk etmək üçün) və şəxsiyyətini təsdiq edən məlumatı göndərməlidir.
Qan bağışlamaq tam təhlükəsiz bir prosesdir, donor olmaqdan çəkinmə. Sən də damarlarında axan qanla onların həyat qurtaran qəhrəmanı ol!


Yenisumqayit.az






Xəbər lenti

Təqvim

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

KATEQORIYALAR