Sumqayıtda hava

Cəmiyyət

Mübariz Qurbanlı Abşeronda vətəndaşları qəbul edib

Mübariz Qurbanlı Abşeronda vətəndaşları qəbul edib


Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin həll olunması üçün müvafiq tədbirlər görürlər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı yanvarın 27-də Xırdalan şəhərindəki Mədəniyyət sarayında Sumqayıt şəhəri və Abşeron rayonundan olan 20-yə yaxın vətəndaşı qəbul edib. Müraciətlər əsasən dini icmaların qeydiyyatı, məscidlərin təmiri və təminatı, dini icmaların yaradılması, onların dövlət qeydiyyatına alınması və digər məsələlərlə bağlı olub.

Komitə sədri müraciətlərin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli barədə müvafiq tapşırıqlar verib.

Qəbul zamanı müraciətlərin bir qismi yerindəcə həllini tapıb, Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

Mübariz Qurbanlı Abşeronda vətəndaşları qəbul edib

Mübariz Qurbanlı Abşeronda vətəndaşları qəbul edib

Mübariz Qurbanlı Abşeronda vətəndaşları qəbul edib





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR