Sumqayıtda hava

Manşet / Cəmiyyət

Sumqayıtda 5 mindən çox ailəyə ərzaq bağlamaları paylanılıb

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi qaydalarının və eyni zamanda “Evdə qal!” çağırışının təmin olunması məqsədi ilə Sumqayıt şəhər İcra Hakimiyyəti şəhər ərazisində aztəminatlı ailələrə yardım paylanılması aksiyasını davam etdirir.
“Sumqayitxeber.com”un məlumatına görə, aksiya çərçivəsində 5 mindən çox aztəminatlı ailəyə ərzaq bağlamaları paylanılıb.
Aksiya çərçivəsində Sumqayıt şəhərində müəyyən olunmuş siyahı əsasında aztəminatlı ailələrə və 65 yaşdan yuxarı tənha və ehtiyacı olan şəxslərə 50 kiloqramlıq ərzaq məhsullarından ibarət yardım sovqatları öz evlərində təqdim olunub.
Vətəndaşlar xüsusi karantin rejimi günlərində onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
“Yenisumqayit.az”





Xəbər lenti

Təqvim

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

KATEQORIYALAR