Sumqayıtda hava

Cəmiyyət

FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib


Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 28 yanvar 2015-ci il tarixində Abşeron rayonu, Hökməli qəsəbəsi tam orta məktəbdə “Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Əsas məqsəd müəllim və şagirdlərin fövqəladə hallar zamanı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsinə və məktəblərdə baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

Tədbirdə Sumqayıt Regional Mərkəzinin, Abşeron rayon Təhsil Şöbəsinin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak edib.

Tədbirdə Mərkəzin əməkdaşları “Fövqəladə hallar zamanı davranış qaydaları”, “Dəm qazı təhlükəsi”, “Elektriklə davranış qaydaları”, “Zərərçəkmiş insanlara ilk tibbi yardımın göstərilməsi” və “112” qaynar telefon xətti təhlükəsizliyimizin qarantıdır” mövzularında çıxışlar etmişdir.

Sonra Nazirliyin fəaliyyət istiqamətləri, onun strukturu haqqında sənədli film və “Dəm qazı təhlükəsi” mövzusunda nazirliyin hazırladığı videoçarx nümayiş etdirilmişdir. Tədbir iştirakçıları ilə qarşılıqlı fikir mübadiləsi aparılmış, onları maraqlandıran suallar cavablandırılmış və təbliğat xarakterli buklet və plakatlar paylanılmışdır.

Tədbirin praktiki hissəsində məktəbin həyətində FHN Sumqayıt Regional Mərkəzinin qüvvə və texnikalarına baxış keçirilib, onların təyinatı və istifadə qaydaları haqqında məlumat verilib.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    May 2017    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR