Sumqayıtda hava

Cəmiyyət

Bu gün Azərbaycanda daha 59 nəfər koronavirusdan müalicə olundu

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən bu gün Azərbaycanda 39 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 59 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.
Hazırkı dövrədək ölkəmizdə 1717 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1221 nəfər müalicə olunaraq sağalmış, 22 nəfər vəfat etmiş, 474 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 22 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 132.640 test aparılmışdır.
"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR