Sumqayıtda hava

Elan

Sumqayıtda İŞ VAR - STP Böyük Şəbəkə inzibatçısı axtarır

Sumqayıt Texnologiyalar Parkı İnformasiya Texnologiyaları Departamentinə aşağıdakı vakansiya üzrə işçi qəbulunu elan edir.
Aparıcı / Böyük Şəbəkə inzibatçısı
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
- Şəbəkə proqramlarını serverlərdə və iş stansiyalarında quraşdırılması;
- Serverlərdə və şəbəkə avadanlıqlarında sistemin tənzimlənməsi;
- Router, Switch və Firewall-ları təhlükəsizlik standartlarına uyğun olaraq hazırlamaq;
- Proqram təminatının inteqrasiyasını təmin etmək;
- Sistemdəki nasazlıqların və pozuntuların səbəblərini təhlil etmək, onların aradan qaldırılması, qarşısının alınması və bərpası;
- İnternet resurslarının istifadəsinə nəzarət etmək;
- Xarici, daxili və beynəlxalq rabitə və internet çıxışlarını təmin etmək və fəaliyyətinə nəzarət etmək;
- İstifadəçilərə serverlər və digər resurslara aid məhdudiyyətləri qurmaq;
- Monitorinq sistemi vasitəsilə infrastruktur şəbəkə elementlərinin konfiqurasiyası və monitorinqini aparmaq;
 - Telefoniya sisteminə nəzarət etmək və yaranan problemlərə qarşı lazımi tədbirlər görmək.
TƏHSİL / TƏCRÜBƏ:
- Analoji sahədə ən azı 3 / 5 il iş təcrübəsi;
- Cisco avadanlıqlar üzrə təcrübə;
- LAN / WAN şəbəkə texnologiyaları haqqında biliklıəri və işləmə qabiliyyəti; 
- IPSec / VPN texnologiyaları (site-to-site vpn / remote access vpn), dinamik routing protokolları üzrə biliklər(rip, ospf, eigrp);
- Palo Alto avadanlığı üzrə təcrübə arzuolunandır;
 - Sertifikatlar: CCNA / CCNP.
ƏLAVƏ MƏLUMATLAR:
- Əmək haqqı razılaşma əsasında;
- Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
- İş vaxtı: Bazar ertəsi – Cümə, 09:00 – 18:00, 5 günlük iş həftəsi;
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir;
- Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Aparıcı / Böyük Şəbəkə inzibatçısı, İT departamenti” yazaraq cv@stp.az ünvanına göndərilməsi xahiş olunur;
 - Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq.
“STP” MMC irqi, rəngi, dini, cinsi, milli mənşəyi, yaşı, əlilliyi və genetikası nəzərə alınmadan bütün işçilərinə və müraciət edənlərə bərabər iş imkanlarını təqdim edir. Dövlət qanunlarının tələblərinə əsasən, “STP” MMC-yə istənilən ərazidən müraciət edən namizədlərin / işçilərin işə qəbulunda ayrı-seçkilik etmir və bunu qayda-qanunlara uyğun olaraq həyata keçirir. Bu siyasət işə qəbul, işə götürmə, yerləşdirmə, vəzifə artımı, xitam vermə, geri çağırılma, yerdəyişmə, icazə, kompensasiya və təlim daxil olmaqla bütün qayda və şərtlərinə şamil olunur.
"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR