Sumqayıtda hava

Cəmiyyət

“Siyəzən Broyler” Siyəzəndə 500 ailəyə yardım etdi

1986-cı ildən fəaliyyət göstərən “Siyəzən Broyler” ASC Cənubi Qafqazın ən böyük quşçuluq müəssisəsi olmaqla hazırda Azərbaycanda toyuq ətinə olan tələbatın 30 faizdən çoxunu təmin edir. Fabrik ərazisində 2 müasir kəsimxana, 2 ədəd son texnologiya ilə inşa edilmiş və tam avtomatlaşdırılmış inkubatoriya, hər birinin istehsal həcmi saatda 30 ton olan iki müasir yem fabriki, Azərbaycanda analoqu olmayan tullantıların utilizasiyası zavodu və digər iri istehsal sahələri mövcuddur.
“Siyəzən Broyler” Azərbaycanın bu çətin günlərində pandemiyanın yaratdığı problemlərin aradan qaldırılması işində dövlətimizlə, xalqımızla birlikdədir. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Koronavirusla mübarizə Fonduna 197 min manat ianə köçürən şirkət, bununla yanaşı karantin dövründə Siyəzəndə 500 ailəyə ərzaq yardımı çatdıraraq, aztəminatlı və sosial müdafiəyə ehtiyacı olan vətəndaşları sevindirib. Bu xeyirxahlıq dövlətimizin imkansız ailələr üçün göstərdiyi yardıma dəstək və həmrəylik nümunəsidir.
"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR