Sumqayıtda hava

Elan

SOCAR-ın Xarici Təqaüd Proqramına müraciət üçün yeni ünvan yaradılıb

2006-cı ildən başlayaraq SOCAR istedadlı və perspektivli gənclərin xarici ölkələrin qabaqcıl ali təhsil ocaqlarında magistr təhsilini Xarici Təqaüd Proqramı vasitəsilə maliyyələşdirir. "Yenisumqayit.az" xəbər verir ki, proqram çərçivəsində SOCAR müxtəlif ölkələrin universitetləri ilə sıx əməkdaşlıq edir və artıq uğurlu karyera qurmaq üçün əlverişli imkanlardan 310 nəfər yararlanıb. 214 nəfər təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra Vətənə dönüb və SOCAR-ın müəssisə və təşkilatlarında ixtisaslarına uyğun işlə təmin olunublar.
2018-ci ildən etibarən isə SOCAR-ın XTP-dan yalnız SOCAR əməkdaşları bəhrələnə bilər. Təqaüdü qazanmaq istəyən SOCAR əməkdaşları üçün başlıca şərt təhsil alacağı universitetin tələblərinə cavab verməsidir. Təqaüdə təhsil haqqı, viza və sığorta xərci, yaşayış, qidalanma və nəqliyyat xərcləri daxildir.
Proqrama müraciət üçün SOCAR-ın rəsmi veb-səhifəsinin “Karyera” bölməsinin “Təqaüd Proqramları” alt-bölməsində “Xarici Təqaüd Proqramı” səhifəsinə daxil olaraq, “Şərtlər” bölməsində göstərilmiş tələblərə cavab vermək lazımdır. Proqrama elektron formada qeydiyyatdan keçərək müraciət edən əməkdaşların tələblərə uyğunluğu yoxlanılır və müsahibə qrupu üzvləri tərəfindən bilik və bacarıqları qiymətləndirildikdən sonra, SOCAR təqaüdü hesabına xarici ölkələrdə magistr təhsili almaq şansı əldə edilir.





Xəbər lenti

Təqvim

«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR