Sumqayıtda hava

Manşet / İqtisadiyyat

Sumqayıtda daha bir ilk: Elektron dezinfeksiya tunelinin istehsalına başlanıldı - VİDEO

Azərbaycanın qeyri-neft sektorunun qabaqcıl şirkəti olan Sumqayıt Texnologiyalar Parkı və ölkəmizin ilk və tək Ağıllı ev və Bina idarəetmə sistemləri istehsalçısı olan SmartHome şirkəti elektron dezinfeksiya tuneli istehsal ediblər. “Elsmart” brendi altında istehsal olunan bu məhsulun elektron sistemi və beyni SmartHome, konstruksiyası və gövdəsi STP-nin Elektrik Avadanlıqları Zavodunda hazırlanır.
Dezinfeksiya Tuneli tam avtomat rejimdə çalışır. İnsanlar tuneldən keçdikdə hərəkət sensorları sistemi işə salır və qısa müddət ərzində dezinfeksiya məhlulu püsgürdülərək insanın üzəri heç bir toxunma olmadan tam dezinfeksiya edilir.
Dezinfeksiya məhlulu buxar şəklində püskürdüldüyü üçün insanın geyimini yaş etmir. Bu, məhlulun xüsusi mühərrik vasitəsilə 0.3 mm-lik  ucluqlardan yüksək təzyiqlə çıxması hesabına əldə olunur. Nəticədə maye narın yayılaraq toz halında dağılır. Buxar formasına olmasına baxmayaraq geyimlərdəki bakteriya və virusları təmizləməyə kifayət edir. Tunelin insan sağlamlığına heç bir zərərli təsiri yoxdur.
Sistemə istəkdən asılı olaraq 50-200 litr arası çənlər quraşdırılır. 200 litrlik məhlul ilə ortalama 6500-7000 insanı dezinfeksiya etmək mümkündür.  İstifadə olunan məhlul xüsusi tərkibə malikdir və Türkiyədə keçirilən testlər vasitəsilə Koronavirusu öldürməsi təsdiq olunub.
Dezinfeksiya tunellərindən yalnız pandemiya dövrü üçün deyil, həmçinin mövsümi bakteriya və virusların profilaktikası, habelə gələcəkdə yaranacaq yoluxucu xəstəliklərin qarşısını almaq üçün istifadə oluna bilər. Yeni məhsul məktəblərin, xəstəxanaların, ofis və istehsal sahələrinin, ticarət mərkəzlərinin, avtobus və dəmiryol vağzallarının, metroların girişlərində və insanların kütləvi hərəkət etdiyi digər  məkanlarda quraşdırıla bilər.
Hazırda STP-nin Elektrik Avadanlıqları Zavodu gündə 25-30 ədəd məhsul istehsal etməyi nəzərdə tutur. Müəssisədə quraşdırılmış ən son avadanlıqlar istehsal həcminin artırılmasına imkan verir.
Məhsulun sadə konstruksiyası müştərinin istəyinə uyğun dəyişiklik və əlavələr etməyə  imkan verir. Asanlıqla xüsusi təkərlər quraşdırılaraq  daşınılan versiyasını hazırlamaq mümkündür.
Dezinfeksiya tunellərinin həm yerli, həm də beynəlxalq bazarda satışı nəzərdə tutulur.





Xəbər lenti

Təqvim

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

KATEQORIYALAR