Sumqayıtda hava

İqtisadiyyat

Azərbaycan bu il 26 mln. dollarlıq polipropilen ixrac edib

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 31,7 min ton həcmində polipropilen ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə polipropilenin dəyəri 26,4 mln. ABŞ dolları təşkil edib.
Polipropilenin dörd ayda qeyri-neft sektoru üzrə ixracda payı 4,82% olub.
Xatırladaq ki, polipropilen "SOCAR Polymer"in Sumqayıt şəhərində yerləşən, illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Polipropilen Zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.





Xəbər lenti

Təqvim

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

KATEQORIYALAR