Sumqayıtda hava

Redaktorun Seçimi, Elan

Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalı keçiriləcək

Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalı keçiriləcək


MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Heritage Travel MMC, Sarılı MMC və Caban Qar MMC Ağsu rayonunun Gəgəli kəndində hər il axır çərşənbə günlərində I BEYNƏLXALQ TƏRƏKƏMƏ ÇƏRŞƏNBƏSİ FOLKLOR FESTİVALI-nı keçirməyi planlaşdırır.

AMEA Folklor İnstitutu və Ağsu rayonu İcra Hakimiyyəti Festivalı dəstəkləyir.

Festival 2 gecə 3 gün ərzində baş tutacaq. Festival çərçivəsində müxtəlif folklor qruplarının mədəni proqramlarında iştirak etmək, sərgi-yarmarkaya qoşulmaq, oturma gecələrini və axır çərşənbə tonqallarını izləmək, Ağsu turuna qatılmaq mümkündür. Kənd sakinləri ilə təmasda olmaq, kənd mətbəxini dadmaq, qurşaq atmaq, kənddən maraqlı fotolar çəkmək, folklor araşdırması aparmaq və s. mümkün olacaq.

Festivalda öz baharla bağlı adət-ənənlərini təbliğ və təqdim etmək istəyən müxtəlif ölkələrin folklor qrupları, mədəniyyət ocaqları və turizm şirkətləri iştirak etmək üçün dəvət olunur.

Turun qiyməti - 75 manat

Turun proqramı:
16 mart
08:00 - Toplanış (20 yanvar metrosunun Sumqayıt çıxışında)
11:00 - Ağsu rayonu Gəgəli kəndində Festivalın və sərginin açılış mərasimi
13.00 - Nahar yeməyi
14.30-19.00 - Müxtəlif folklor qruplarının çıxışları (qrupların adları və saatlar bir həftə qalmış elan ediləcək). Əl işlərinin sərgisi ilə tanışlıq və alış veriş
19.00 - Şam yeməyi
20.00 - Kənd evlərində yerləşmək və gecələmək

17 mart
08.00 - Səhər yeməyi
09.00 - Sərgiyə qatılmaq, qruplar şəklində Ağsunun abidələrini arzu edilən şəkildə gəzmək
10.00-18.00 - Müxtəlif folklor qruplarının çıxışları (qrupların adları və saatlar bir həftə qalmış elan ediləcək). Əl işlərinin sərgisi ilə tanışlıq və alış veriş
18.00-19.00 - Şam yeməyi
19.00-20.00 - Çərşənbə yandırılır. Arzu fanarları buraxılır, şamal atılır.
20.00-05.00 - Axşam kənddə oturulacaq. Adətə görə sakinlər niyyət edir, axşam səhərə qədər yatmadan otururlar, bir başqa deyimlə çillə çıxarırlar.

Tura qatılanlar da bu evlərdə yerli sakinlərlə oturacaq, adətin tərəfi olacaqlar. Adətə görə yatan, yuxulayan adamlar yatdığı yerə tikilir. Dastanlar söylənilir, nağıllar danışılır, qurşaq atılır, müxtəlif oyunlar (mafia, loto, nərd və s.) oynanılır, yarışmalar olur, hekayələr, rəvayətlər dinlənilir.

05.00-07.00- Gün çıxmadan, dan yeri ağaranda tərəkəmə çərşənbəsi başlanır. Bütün ev heyvanları çərşənbədən keçirilir. Sonra bütün iştirakçılar çərşənbədən keçirlər.
08:00 - Səhər yeməyi (kənd süfrəsi)
09:00-12.00 - Sərbəst vaxt
12.00 - Bakıya yola düşmək

Qiymətə daxildir:
avtobus,
2 gecə kənd evlərində qalmaq
2 səhər 2 şam və oturma gecəsi çay süfrəsi
professional bələdçilər
professional fotoqraflar

Ünvan: Əhməd Cavad 15, City Centre II mərtəbə
tel: 012 408 92 25
email: azheritagetravel@gmail.com





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Mart 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR