Sumqayıtda hava

Cəmiyyət

Vəzifəli şəxslərin dələduzluq hərəkətlərinə son qoyuldu

Vəzifəli şəxslərin dələduzluq hərəkətlərinə son qoyuldu


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin verdiyi məlumata əsasən, "Azər Mühafizə" MMC və "Qala BTX" MMC adlı özəl mühafizə şirkətlərinin vəzifəli şəxsləri ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək onların külli miqdarda vəsaitlərini ələ keçiriblər.

Araşdırmalar nəticəsində müəyyən olunub ki, "General" MMC, daha sonra "Azər Mühafizə" MMC və "Qala BTX" MMC adlı özəl mühafizə şirkətlərinin direktoru Vüqar Hüseynov adları çəkilən qurumların vəzifəli şəxsləri Mirabtalıb Cəfərov, Kamil Bayramov, Aydın Həsənov, Fariz Babayev və başqalarından ibarət mütəşəkkil dəstə yaradıb. Dəstə üzvləri 2013-2014-cü illər ərzində mühafizəçi və başqa vəzifələrə qəbul olunmaları üçün ayrı-ayrı vətəndaşları aldadaraq depozitə pul qoymalarına inandırıb, sonra taladıqları vəsaitin bir qismini əmək haqqı kimi onlara qaytararaq digərlərinin də bu adla daha çox pul ödəmələrinə nail olublar. Beləliklə də, həmin şəxslər paytaxtda, respublikanın digər şəhər və rayonlarında vətəndaşlara qarşı dələduzluq ediblər.

Həmin faktlar üzrə cinayət işi başlanılıb, Vüqar Hüseynov, Mirabtalıb Cəfərov, Kamil Bayramov, Aydın Həsənov və Fariz Babayev barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda araşdırma Nazirliyin Baş İstintaq və Təhqiqat İdarəsində aparılmaqla cinayət işi üzrə istintaq-əməliyyat qrupu yaradılıb.

Vətəndaşlara dəymiş maddi ziyanın ödətdirilməsini təmin etmək məqsədilə təqsirləndirilən şəxslərin daşınmaz əmlakı, avtonəqliyyat vasitələri və qiymətli əşyaları müəyyən edilərək üzərinə həbs qoyulması istiqamətində zəruri tədbirlər həyata keçirilir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR