Sumqayıtda hava

Redaktorun Seçimi, Elan

“Neft sənayesində ekoloji problemlər və onların həlli yolları” seminarı keçiriləcək

“Neft sənayesində ekoloji problemlər və onların həlli yolları” seminarı keçiriləcək


2015-ci il 10-11 fevral tarixlərində IDEA-nın Resurs Mərkəzində “Neft sənayesində mövcud ekoloji problemlər və onların həlli yolları” mövzusunda seminar keçiriləcəkdir. Seminarda neft sənayesinin yaratdığı ekoloji problemlər və onların aradan qaldırılması yolları, mövcud ekoloji normativlər, dünya təcrübəsi və ölkəmizdə bu istiqamətdə görülən işlərdən bəhs olunacaq.

Seminar nəzəri və praktiki hissələrdən ibarət olacaq. Nəzəri hissədə ARDNŞ-nın (SOCAR) mütəxəssisi tərəfindən mühazirə təqdim olunacaq. Praktiki hissə zamanı isə iştirakçılar ARDNŞ-nin Eko Parkına səyahət etmək və ekoloji laboratoriyası ilə tanış olmaq imkanı əldə edəcəklər.

Seminarda iştirak etmək istəyən şəxslərdən CV-lərini 7 fevral 2015-ci il tarixindən gec olmayaraq "elmi proqram" başlığı altında info@ideacampaign.org elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Əlavə məlumat üçün:
Tel.: +(994 12) 4976316
E-mail: info@ideacampaign.org





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR