Sumqayıtda hava

Manşet, Cəmiyyət

Əhalinin sosial müdafiəsi sahəsində mühüm addımlar atılacaq - SƏLİM MÜSLÜMOV

Əhalinin sosial müdafiəsi sahəsində mühüm addımlar atılacaq - SƏLİM MÜSLÜMOV


Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov yanvarın 30-da Abşeron rayon əhalinin sosial müdafiəsi mərkəzində vətəndaşların qəbulunu keçirib.

Qəbul zamanı S.Müslümov bildirib ki, növbədə olan müharibə əlilləri və şəhid ailələrini mənzillə təmin etmək məqsədi ilə bu il ümumilikdə 1031 ədəd mənzilin bu kateqoriyadan olan şəxslərə verilməsi nəzərdə tutulur.

Nazir bu il Bakının Nərimanov rayonunda gözdən əlilliyi olan şəxslər üçün çoxmənzilli yaşayış binasının, reabilitasiya əhəmiyyətli yeni sosial obyektlərin də istifadəyə veriləcəyini bildirib:
“Bunlar onu göstərir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bəyan etdiyi kimi, 2015-ci il ərzində də bütün sosial proqramlar uğurla davam etdiriləcək və əhalinin sosial müdafiəsi sahəsində yeni mühüm addımlar atılacaq”.

Qəbul zamanı Abşeron, Qubadlı, Xızı rayonları və Sumqayıt şəhər sakinlərinin müraciətləri dinlənilib. Müraciətlər mənzil, münasib iş, reabilitasiya vasitələri və bərpa-müalicə xidməti ilə təminat, peşə hazırlığına cəlb edilmə, əmək hüquqlarının müdafiəsi və s. məsələləri əhatə edib.

S.Müslümov tərəfindən bir sıra şəxslərin reabilitasiya vasitələri və bərpa-müalicə xidməti ilə təmin olunmalarına, peşə reabilitasiyasına cəlb edilmələrinə, araşdırılması müəyyən vaxt tələb edən məsələlərin qısa vaxtda araşdırılaraq qanunvericiliyə uyğun tədbirlər görülməsinə dair tapşırıqlar verilib. Həmçinin ayrı-ayrı vətəndaşların konkret iş yerlərində işlə təmin olunmalarına köməklik göstəriləcəyi bildirilib.

Müharibə əlilləri və şəhid ailələrinin mənzillə təmin olunmaq üçün yerli İcra Hakimiyyətləri tərəfindən növbəyə götürüldüyü diqqətə çatdırılıb, eləcə də bu və ya digər təminat növü ilə əlaqədar vətəndaşlara müvafiq izahatlar verilib.

S.Müslümov ünvanlı yardım üçün müraciət edən ailələrin gəlir imkanlarının artırılması üçün ilk növbədə onların əmək qabiliyyətli üzvlərinin səmərəli məşğulluğuna köməklik göstərilməsini, müraciətləri əsasında ayrı-ayrı şəxslərin əlillik müayinəsinə cəlb edilməsini tapşırıb.

Qubadlı, Xızı rayonlarından və Sumqayıt şəhərindən qəbula yazılmış vətəndaşların aparılıb-gətirilmələri üçün xüsusi nəqliyyat ayrılıb.

Əhalinin sosial müdafiəsi sahəsində mühüm addımlar atılacaq - SƏLİM MÜSLÜMOV

Əhalinin sosial müdafiəsi sahəsində mühüm addımlar atılacaq - SƏLİM MÜSLÜMOV

Əhalinin sosial müdafiəsi sahəsində mühüm addımlar atılacaq - SƏLİM MÜSLÜMOV





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR