Sumqayıtda hava

Manşet, Cəmiyyət

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür (NADİR FOTOLAR)

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür (NADİR FOTOLAR)


Azərbaycan Xalq Cümhuriyyətinin Banisi, İdeoloqu, Milli Şurasının sədri Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur.

Atasının onu məşhur pedaqoq S.M.Qənizadənın (1846-1942) müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoyması gələcək mütəfəkkirin taleyində böyük rol oynamışdır. Buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirmişdir.

Onun inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 17 yaşında olan M.Ə.Rəsulzadə "Müsəlman gənclik təşkilatı"nı yaradır. Bu XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.

Sonra "Müsəlman demokratik "Müsavat" cəmiyyəti" adı ilə gizli fəaliyyət göstərən bu təşkilatın bir qolu da İranda qurulmuş və burada başlanmış məşrutə inqilabına istiqamətverici qüvvəyə çevrilmişdir.

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür (NADİR FOTOLAR)


M.Ə.Rəsulzadə ədəbi yaradıcılığa da bu illərdə başlamış, "Müxəmməs" adlı ilk "Şərqi Rus" qəzetində çap olunmuşdur.

1904-cü ilin axırlarında "Müsəlman demokratik "Müsavat" cəmiyyəti"nin əsasında RSDFP-nin Bakı komitəsinin nəzdində "Müsəlman sosial-demokrat "Hümmət" təşkilatı" yaradılmışdır. Bu təşkilatın baniləri Mir Həsən Mövsümov, Məmməd Həsən Hacınski və Məhəmməd Əmin Rəsulzadə olmuşlar.

Həmin illərdə Bakı neft mədənlərinə və Azərbaycanın qəzalarına ana dilində inqilabi qəzet və intibahnamələrin göndərilməsi bilavasitə M.Ə.Rəsulzadənin adı ilə bağlıdır.

1907-ci il sentyabrın 29-da inqilabçı fəhlə Xanlar Səfərəliyevin Bibi-Heybətdə dəfn günü, onun qəbri üstündə keçirilən böyük yığıncaqda P.Caparidze, S.M.Əfəndiyev, İ.V.Stalin ilə birlikdə M.Ə.Rəsulzadə də alovlu nitq söyləmişdir.

M.Ə.Rəsulzadə əsrimizin əvvəllərindən başlayaraq 1907-ci ilin axırlarına qədər Bakıda inqilabi fəaliyyət göstərən İ.Stalinlə çox səmimi və yaxın dost olmuşdur. Hələ 1905-ci ildə Balaxanı neft mədənlərində varlılar Stalini, fəhlələri tətilə dəvət etdiyi üçün, neft quyusuna atmaq istəyərkən özünü hadisə yerinə çatdıran M.Ə.Rəsulzadə Stalini ölümdən xilas etmişdir. O, Stalinin Bayıl həbsxanasından gizli surətdə qaçırılmasının da təşkilatçısı olmuşdur.

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür (NADİR FOTOLAR)


1908-ci il dekabrın 5-də Məhəmməd Əminin "Qaranlıqda işıqlar" pyesi tamaşaya qoyuldu. Pyesin ana xəttini milli oyanış və istiqlal hərəkatının təbliği təşkil edirdi.

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür (NADİR FOTOLAR)


1908-ci ilin axırında Rəsulzadə həbs olunması təhlükəsi ilə əlaqədar olaraq İrana yola düşür. O, İranda məşrutə inqilabının əsas rəhbərlərindən biri olur. Təbrizdə Səttarxan və onun silahdaşları ilə görüşür. Cənubi Azərbaycanın şəhər və kəndlərini gəzir, öz doğma xalqının acınacaqlı vəziyyətini yaxından müşahidə edir.

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür (NADİR FOTOLAR)


Seyid Həsən Tağızadə, Hüseynqulu xan Nəvvab, Süləyman Mirzə, Seyid Məhəmməd Rza və b. ilə birlikdə 1910-cu ildə İran demokrat partiyasının əsasını qoyur. İranda Avropa tipli jurnalist sənətinin əsasını qoyur.

Çar hökuməti İrandakı inqilabi hərəkatdan qorxuya düşərək M.Ə.Rəsulzadənin ölkədən xaric olunmasını şahlıq üsuli-idarəsindən tələb eləyir. M.Ə.Rəsulzadə təqiblərdən yaxa qurtarmaq üçün İstanbula mühacirət edir.

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür (NADİR FOTOLAR)


Türkiyənin paytaxtında həmyerliləri Əlibəy Hüseynzadə və Əhmədbəy Ağayevlə görüşmüş, Yusifbəy Ağçura oğlu, Ziya Gök Alp və başqa görkəmli alimlərlə yaxınlıq etmişdir. M.Ə.Rəsulzadə "Gənc türklər" təşkilatına rəğbət bəsləmiş, "Türk ocağı" cəmiyyətində çalışmış və onun əsas orqanı olan "Türk yurdu" jurnalının fəal yazarlarından biri olmuşdur.

1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar əfv-ümumidən sonra vətənə qayıdır, ədəbi-publisistik fəaliyyətini davam etdirir.

1917-ci ildə fevral burjua inqilabı baş verdi. Silah və zor gücünə kiçik xalqların torpaqlarını işğal edib, dünyanın altıda bir hissəsinə çevrilmiş Böyük Rusiya imperiyası dağılmağa üz qoydu.

1917-ci ilin aprelində Bakıda Qafqaz müsəlmanlarının qurultayı çağırıldı. Qurultay Rəsulzadənin təklifi ilə Rusiyanı federativ şəkildə təşkil etmək haqqında qərar çıxardı.

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür (NADİR FOTOLAR)


Onun "MAR", "MAR-zadə", "M.R-zadə" "Haman", "Sosialist" və s. kimi gizli imzalarla xeyli məqalələri müxtəlif dövrü mətbuatın səhifələrində çap olunmuşdur.

1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilir.

1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olundu. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan milli şürası yarandı. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə milli şüranın sədri seçildi.

1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, xalqımız öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır, onun da dünyada müstəqil surətdə yaşayan xalqlar kimi öz etnoqrafik sərhədləri daxilində azad yaşamağa hüququ var.

Bakı Dövlət Universitetinin yaranması da M.Ə.Rəsulzadənin adı ilə bağlıdır. Bu məsələ ətrafında o, bir neçə dəfə Azərbaycan parlamentində çıxış etmiş və universitetin açılmasını qəti tələb etmişdir.

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür (NADİR FOTOLAR)


M.Ə.Rəsulzadə "Tarixi-filologiya fakültəsində "Osmanlı ədəbiyyatı tarixi"ndən dərs demişdir.

1920-ci ildə aprel hadisələrindən sonra M.Ə.Rəsulzadə Lahıcda həbsə alındı. Onun tutulması xəbəri həmin ilin noyabrın əvvəllərində Vladiqafqaz (indiki Orconikidze) şəhərində olan İ.V.Stalinə çatdırıldı. Stalin heç kəsə xəbər vermədən Bakıya gələrək, XII Ordunun xüsusi şöbəsinin rəisi V.Pankratova göstəriş verdi və şəxsən həbsxanaya gedib M.Ə.Rəsulzadəni azad etdi. Bununla İ.V.Stalin 1905-ci ildə onu ölümdən qurtaran keçmiş inqilabçı dostu M.Ə.Rəsulzadənin qarşısında öz tarixi vicdan borcunu yerinə yetirdi. O, M.Ə.Rəsulzadəni özü ilə birlikdə Moskvaya apardı və RSFSR Millətlər Komissarlığında mətbuat müvəkkili vəzifəsinə təyin etdi.

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür (NADİR FOTOLAR)


Rəsulzadə RSFSR Millətlər Komissarlığına tabe olan Moskva Şərqşünaslıq (keçmiş Lazarev) institutunda da fars dilində dərs demişdir.

Əbdülvahab Yurdsevər yazır: "Müsavat" partiyasının gizli mərkəzi komitəsinin ən mühüm təşəbbüslərindən biri M.Ə.Rəsulzadəni Moskvadan qaçırmaq olub. Əvvəlcə bir yoldaş vasitəsilə, sonra isə sabiq Parlament üzvü, mərhum Rəhimbəy Vəkilovu və Bakı əsgəri təşkilatının rəisi, şəhid yoldaşımız doktor Dadaş Həsənzadəni bir qədər pul ilə Moskvaya göndərmək surətilə Rəsulzadə ilə təmasda olmuşlar. Ona təklif olunmuşdur ki, elmi-tədqiqat adı ilə Leninqrada getsin. Onun oradan tatar maarifçisi Musa Cərurullah Bigiyevin müyəssər yardımı ilə və qayıqla Finlandiyaya qaçırılması təmin edilmişdir.

Beləliklə, M.Ə.Rəsulzadənin mühacirət dövrü başlanır. İstanbulda onun "Azərbaycan respublikasının keçmişi, təşəkkülü və indiki vəziyyəti", "Əsrimizin səyavuşu", "İstiqlal məfkurəsi və gənclik" kitabları çap edilir, redaktorluğu ilə "Yeni Qafqaziya" jurnalı nəşrə başlayır.

1928-ci ildə "İnqilabçı Sosializmin iflası və demokratiyanın gələcəyi", "Millət və Bolşevizm" və "Qafqasya türkləri" kimi əsərlərini çap etdirir. Həmin ildə onun redaktorluğu ilə "Azəri türkü", sonra isə "Odlu yurd" jurnalları və həftəlik "Bildiriş" qəzeti də nəşr edilməkdə idi.

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür (NADİR FOTOLAR)


1930-cu ildə Parisdə fransız dilində "Azərbaycan və istiqlaliyyəti" və rus dilində "Qafqaz problemi ilə əlaqədar olaraq panturanizm" kitabları çap olundu. 1931-ci ildən M.Ə.Rəsulzadənin mühacirət dövrü Avropa ölkələrində davam edir. Onun redaktorluğu ilə Berlində ayda üç dəfə nəşr edilən "İstiqlal" qəzeti və "Qurtuluş" jurnalı çap edilirdi.

Onun 1936-cı ildə Berlində "Çağdaş Azərbaycan ədəbiyyatı" məqaləsi çap edilir. 1938-ci ildə Belində alman dilində "Azərbaycan problemi" və 1939-cu ildə Varşavada polyak dilində çıxmış "Azərbaycanın hüriyyət savaşı" kitablarının adlarını çəkməmək olmaz.

O, 1938-ci ildən Polşa hökumətində məsləhətçi işləmiş, 1940-cı ildən Rumıniyada yaşamışdır. 1947-ci ildə Ankaraya köçən M.Ə.Rəsulzadənin 1949-cu ildə "Azərbaycanın kultur kələnkləri" adlı kitabı işıq üzü görmüşdür. "Çağdaş Azərbaycan ədəbiyyatı" və "Çağdaş Azərbaycan tarixi" kitabları həmin illərdə M.Ə.Rəsulzadənin məhsuldar işlədiyini göstərir. 1951-ci ildə Ankarada "Azərbaycan şairi Nizami" monoqrafiyasını çap etdirməklə dünya nizamişünaslığına bir çox yeniliklər gətirir.

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür (NADİR FOTOLAR)


Həmin ildə M.Ə.Rəsulzadənin Nyu-Yorkda ingilis dilində nəşr olunan "Ukrayna" toplusunda "Azərbaycan respublikası" məqaləsi çap edilmişdir. Londonda ingilis dilində nəşr olunan "Britaniya ensiklopediyası"nda "Müsavat" partiyasının yaranması tarixi və Azərbaycan Demokratik Respublikasının təşəkkülünə aid" məqalə də onun qələmindən çıxmışdır.

2-ci dünya müharibəsindən sonra Türkiyədə nəşr edilməkdə olan "Türk ensiklopediyası"nda Azərbaycana aid məqalələrin bir çoxu M.Ə.Rəsulzadə tərəfindən yazılmışdır.

Ankarada yaşadığı dövrdə "Türk tarix qurumu" və "Türk dili qurumu" ilə yaxından əməkdaşlıq edir.

2-ci dünya müharibəsinə qədər Parisdə rusca nəşr olunan "Qafqaz" və fransızca buraxılan "Prometey" jurnallarında öz məqalələri ilə çıxış edir. Onun 1920-ci ildən sonra işlətdiyi açıq və gizli imzalardan "Məhəmməd Əmin Rəsulzadə", "Yalvac oğlu", "Məhəmməd Əmin", "M.Əlif Rəsulzadə" və s. qeyd etmək olar.

Ankara universitetinin tibb fakultəsinin klinikasında şəkər xəstəliyindən yatan Məhəmməd Əmin 1955-ci il martın 6-da gecə saat on birə on dəqiqə qalmış üç dəfə "Azərbaycan… Azərbaycan… Azərbaycan…" deyərək əbədiyyətə qovuşdu. Ankara radiosu martın 7-də saat 22-45 dəqiqədə sabiq Azərbaycan milli şürasının sədri M.Ə.Rəsulzadənin vəfat etdiyini təəssüflə bildirdi.

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür (NADİR FOTOLAR)


O, Ankara Əsri qəbirstanlığında dəfn edilib.

Vəfatı münasibətilə Türkiyə, İran və Qərbi Avropa ölkələrində xeyli nekroloq çap olunub.





Цитата
  • Группа: Qonaq
  • ICQ:
  • Регистрация: --
  • Статус:
  • 0 комментариев
  • 0 публикаций
^
Сериалы ТУТ! смотреть онлайн бесплатно
More info!
Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR