Sumqayıtda hava

Cəmiyyət

95 illik fasilədən sonra Qubada cümə namazı qılınıb

95 illik fasilədən sonra Qubada cümə namazı qılınıb


Yanvarın 23-də rayon mərkəzindəki “Ərdəbil” məscidinə toplaşan dindarlar bu ibadəti birgə yerinə yetiriblər.

Bu barədə “Haqqın nuru” qəzetinə Qafqaz Müsəlmanları İdarəsinin Quba, Qusar və Xaçmaz rayonları üzrə Qazısı Hacı Naib Səttarov məlumat verib:
“Müqəddəs İslam dininin əsaslarını, milli və mənəvi dəyərlərimizi yüksək səviyyədə insanlara çatdırmaq üçün cümə namazlarının böyük önəmi var. Tarixən möminlər vilayəti kimi tanınan qədim Qubada sonuncu dəfə cümə namazı 1920-ci ildə, əslən Lənkərandan olan nüfuzlu din alimi Molla Hacıbaba Axund tərəfindən qılınıb. Axundun vəfatından və Allahsız sovet hökuməti qurulduqdan sonra bu mərasimi keçirmək mümkün olmayıb. Kommunist rejimi hər yerə olduğu kimi, Qubada da məscidləri insanların üzünə bağlayıb, tanınmış din xadimlərinə qarşı repressiyalar aparıb. Amma bütün qadağalara baxmayaraq sovet hökuməti İslam dininə olan sevgini insanların qəlbindən silə bilməyib”.

Hacı Naib Səttarov müstəqil dövlətimizin inanclı insanlar üçün hər cür şərait yaratdığını, Quba dindarlarının görülən bu işləri yüksək dəyərləndirdiklərini diqqətə çatdırıb:
“Allah-Təala bizlərə Azərbaycanın müstəqilliyini və inkişafını görməyi nəsib etdi. 95 ildən sonra müqəddəs Qurani-Kərimin “Ey iman gətirənlər, cümə günü namaza çağırılan zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın” ayəsinin hökmünə əsasən “Ərdəbil” məscidində dindarlarımızı cümə namazında bir araya gətirmək qismət oldu. Bütün bunlar Allah-Təalanın lütfü, dövlətimizin diqqət və qayğısı sayəsində mümkün olur.

95 illik fasilədən sonra Qubada cümə namazı qılınıb





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR