Sumqayıtda hava

Dünya

İsrail prezidenti BMT-də Xocalı qətliamından danışdı

İsrail prezidenti BMT-də Xocalı qətliamından danışdı


İsrail Dövlətinin Prezidenti Reuven Rivlin BMT-nin Baş Məclisində Beynəlxalq Holokost Qurbanlarını Anma Günü ilə əlaqədar keçirilən tədbirdəki çıxışında dünyada törədilən soyqırımları və kütləvi qətllər barədə danışarkən onların arasında Xocalı soyqırımını da qeyd edib.

Antisemitizmə, şovinizmə və bəşəri cinayətlərə qarşı mübarizədən söhbət açan Prezident Reuven Rivlin deyib: “Bu gün biz özümüzdən soruşmalıyıq ki, bizim, bu assambleyanın soyqırımına qarşı mübarizəsi kifayət qədər təsirli olubmu? Bu mübarizə Bosniyada soyqırımının qarşısının alınması üçün kifayət qədər təsirlimi idi? Xocalıda qətliamın törədilməsinin qarşısının alınmasında təsirlimi idi? Bəs taliban tərəfindən əfqanların öldürülməsinin? Bu mübarizə bu gün Suriyada kifayət qədər təsirlidirmi? Ya da Nigeriyada “Boko Haram” yaraqlılarının törədikləri qırğınların qarşısını almaq üçün kifayət edirmi?”

İsrail Prezidenti belə cinayətlərin baş verməsinin qarşısının alınması üçün daha çox iş görülməsinin zəruriliyini qeyd edib.


(yeniazerbaycan.com)





Цитата
  • Группа: Qonaq
  • ICQ:
  • Регистрация: --
  • Статус:
  • 0 комментариев
  • 0 публикаций
^
Saytinizdan Muxtar Babayevin fealiyyeti ile az da olsa xebredar oluruq. Gorunen odur ki, millet vekili kimi her hansi bir isler gormek isteyir. Uqurlar arzulayiriq, ne qeder cox gorusler kecirseler o qeder xalqin problemlerini gormus olarlar
Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2017    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR