Sumqayıtda hava

Manşet, Cəmiyyət

Şəhid əsgər son mənzilə uğurlandı

Şəhid əsgər son mənzilə uğurlandı


Yanvarın 31-də Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozaraq mövqelərimizi atəşə tutması nəticəsində şəhid olmuş həqiqi hərbi xidmət qulluqçusu əsgər Eşqin Rəhim oğlu Allahverdiyev bu gün Şəki rayonunun Böyük Dəhnə kəndində son mənzilə uğurlanıb.

Vida mərasimində Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani Müdafiə naziri general-polkovnik Zakir Həsənovun və Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun baş sağlığını şəhidin ailəsinə çatdıraraq qeyd edib ki, bu gün Azərbaycan əsgəri Vətən torpaqlarının keşiyində ayıq-sayıqdır və düşmən təxribat qruplarının qarşısı mərdliklə alınır, düşmən atəşləri vaxtında və layiqincə susdurulur.

2000-dən çox adamın iştirak etdiyi böyük izdiham 2 kilometrdən artıq kənd yolunu piyada qət edərək şəhid cənazəsini başları üstündə bayraq edib və "Şəhidlər ölməz, Vətən bölünməz" nidaları ilə Şəhidlər Xiyabanına doğru irəliləyiblər. Burada şəhid alqış sədaları altında Vətən torpağına əmanət edilib.

Yaylım atəşləri açılıb, məzar üzərinə əklillər və gül dəstələri düzülüb, cənazə üzərinə sərilmiş müqəddəs bayrağımız əbədi xatirə saxlanılması üçün şəhidin ailəsinə təqdim olunub.

Şəhidin babası nəvəsinin Vətən uğrunda şəhidliyindən böyük qürur duyduğunu və bu bayrağın tezliklə Dağlıq Qarabağda dalğalanacağına əminliyini bildirib.

Qeyd edək ki, əsgər Eşqin Allahverdiyev yanvarın 31-də, saat 12.55 radələrində cəbhənin Xocavənd rayonu ərazisində, erməni silahlı bölmələrinin atəşkəs rejimini növbəti dəfə pozması və düşmən tərəfindən atılan güllənin rikoşet etməsi nəticəsində dayaq məntəqəsində şəhid olub.

Dünən saat 15:00 radələrində isə düşmən tərəfinin Azərbaycan-Ermənistan dövlət sərhəddinin Qazax rayonu sahəsində digər təxribatının qarşısı uğurla alınıb, təxribat törətmək məqsədilə minalanmış sahədən keçid açmağa cəhd göstərən düşmənin 6 nəfərdən ibarət hərbi qulluqçusu tam məhv edilib.

Müdafiə Nazirliyi bildirir ki, Ordumuz bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir. Silahlı Qüvvələrimizin bölmələri həmişə olduğu kimi düşmənin istənilən hərəkətinin qarşısı qətiyyətlə almağa və onu məhv etməyə hazırdır.

Şəhid əsgər son mənzilə uğurlandı


Şəhid əsgər son mənzilə uğurlandı


Şəhid əsgər son mənzilə uğurlandı


Şəhid əsgər son mənzilə uğurlandı





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR