Sumqayıtda hava

Manşet, Cəmiyyət

2 Fevral ümumrespublika gənclər günüdür

2 Fevral ümumrespublika gənclər günüdür


Azərbaycan gəncləri 2 fevral - Gənclər gününü böyük uğurlarla qeyd edirlər.

Ölkəmizdə müasir gənclər siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verir, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirirdi.

2 Fevral ümumrespublika gənclər günüdür


Gənclər və İdman Nazirliyinin yaradılması, gənclərin ilk ümumrespublika forumunun keçirilməsi, Azərbaycan gəncləri gününün elan edilməsi, 5 dövlət proqramının qəbulu, "Dövlət gənclər siyasəti haqqında" fərman və geniş fəaliyyət proqramının təsdiq edilməsi Heydər Əliyevin gənclərə böyük qayğısı idi.

2 Fevral ümumrespublika gənclər günüdür


Bu, gənclərin respublikanın ictimai-siyasi həyatında daha fəal iştirakına şərait yaradır, habelə dövlət orqanlarının diqqətini gəncliyin problemlərinin həllinə yönəldirdi.

Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan böyük diqqətin nəticəsidir. Dövlət başçısının gənclərin xaricdə təhsil almasına dəstək verən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu təhsil ocaqlarında oxuyur.

2 Fevral ümumrespublika gənclər günüdür


Gənclərin məşğulluğunun təmin olunması üçün də mühüm addımlar atılır.

Bu diqqət gənclərin fəallığını daha da artırır, onları səfərbər edir. İndi ölkəmizdə dövlət qeydiyyatından keçən 170-dən çox gənclər təşkilatı fəaliyyət göstərir, minlərlə gənc lider yetişib.

2 Fevral ümumrespublika gənclər günüdür


Azərbaycan gənclərin xarici ölkələrdə təşkilatlanması da uğurla davam etdirilir. Bu gün gənclərimiz Avropa və dünyanın 30-dan çox nüfuzlu beynəlxalq gənclər təşkilatında təmsil olunur və bununla da beynəlxalq gənclər hərəkatının fəal tərkib hissəsinə çevrilib.

2 Fevral ümumrespublika gənclər günüdür


Beləliklə, Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir.

2 Fevral ümumrespublika gənclər günüdür





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR