Sumqayıtda hava

Hadisə

Sumqayıtda qanlı dava, ölən var

Sumqayıtda qanlı dava, ölən var


Sumqayıtda qətl hadisəsi baş verib. Cinayətin qurbanı yerli sakin 1993-cü il təvəllüdlü Ağayev Kənan Şahin oğlu olub.

Bu barədə Sumqayıt şəhər Polis İdarəsindən bildiriblər. Məlum olub ki, dünən saat 9:00 radələrində şəhər xəstəxanasında K.Ağayev aldığı bıçaq yaralarından dünyasını dəyişib. Fakt üzrə şübhəli bilənən şəxs həbs edilib. Bu, Sumqayıt şəhər sakini 1989-cu il təvəllüdlü Cəfərov Elnur Müzəffər oğludur.

İlkin məlumata əsasən mübahisə 3-cü polis bölməsinin ərazisində yerləşən çayxanada baş verib. İki gənc arasında çayxanada mübahisə başlayıb, sonradan bu mübahisə bıçağa əl atmaqla nəticələnən davaya çevrilib. Bu zaman Kənan işə qarışaraq dava edənləri ayırmaq istəyib.

Onu görən dava salanlardan biri əlverişli andan istifadə edərək bıçaq zərbəsindən yayınaraq hadisə yerindən qaçıb. Amma bıçaqla silahlanan şəxs qəzəbini Kənana töküb. K.Ağayev bir anlıq cinayətkardan yayınıb, amma qəzəblənmiş cinayətkar öz qurbanını 9-cu mikrorayon ərazisində "Aygün” şadlıq evinin qarşısında haqlayıb və ona bir neçə bıçaq zərbəsi endirib.

Törətdiyi əməldən sonra cinayətkar hadisə yerindən qaçıb.

Qeyd edək ki, ona qarşı heç bir həbs-qətimkan tədbiri görülməyib.

(Xeberle.com)





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 

KATEQORIYALAR