Sumqayıtda hava

Redaktorun Seçimi, Elan

“İstedad Axtarışında” Tələbə Gənclərə Dəstək Proqramı

“İstedad Axtarışında” Tələbə Gənclərə Dəstək Proqramı


ATGTİ istedad axtarışında!

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı nəzdində fəaliyyət göstərən Tələbə Problemləri Mərkəzi “İstedad Axtarışında” Tələbə Gənclərə Dəstək Proqramını həyata keçirir.

Proqram çərçivəsində müxtəlif istiqamətlər üzrə müraciət edən gənclər üçün müsabiqə, sərgi, görüş və s. tədbirlər təşkil olunacaq. Proqram çərçivəsində keçiriləcək layihələrin miqyası, əhatə dairəsi və formatı iştirak üçün müraciət edən tələbə gənclərin müraciətindən asılı olaraq müəyyənləşdiriləcək.Tələbə gənclər bilik və bacarıqlarını nümayiş etmək üçün müxtəlif təkliflərlə çıxış edə bilər.

Layihənin keçirilməsində əsas məqsəd istedadların üzə çıxarılması, gənclərin bilik və bacarıqlarının nümayişi üçün hesabat səhnəsi - bilik meydanı və auditoriyanın yaradılması, onların hərtərəfli inkişafına dəstək olmaqdan ibarətdir.

Qeydiyyatdan keçən hər kəslə əlaqə saxlanaraq məlumat veriləcək və keçiriləcək tədbirə (müsabiqə, sərgi və s.) iştirakçı qismində dəvət edilərək yaxından iştirakı təmin olunacaq.

Qeydiyyat istedad.atgti.az saytı üzərindən həyata keçirilir.

Əlaqə məlumatları:
070 6633223 - Çingiz Səfərov
051 4746655 - Kamran Sabirli
tpm@atgti.az





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 

KATEQORIYALAR