Sumqayıtda hava

Redaktorun Seçimi, Elan

“Vətənin müdafiəsinə hazıram” mövzusunda sərgi keçiriləcək

“Vətənin müdafiəsinə hazıram” mövzusunda sərgi keçiriləcək


Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təşkilatçılığı ilə 10 fevral 2015-ci il tarixində “Vətənin müdafiəsinə hazıram!” mövzusunda sərgi keçiriləcək.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey Sərgi Kompleksində təşkil olunacaq sərgidə 400-ə yaxın rəsm əsəri nümayiş olunacaq.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Vətənin müdafiəsinə hazıram!” adlı rəsm müsabiqəsinin yekunu ilə əlaqədar keçirilən sərgidə yaşı 18-ə qədər olan şəxslərin əsərləri təqdim edilir. Sərgidə yer alan bütün əsərlərdə vətənpərvərlik ruhu tərənnüm olunur.

Müsabiqə və sərginin keçirilməsində məqsəd müstəqil dövlətçiliyimizin əsas atributlarından olan Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi nailiyyətlərin, güclü ordu quruculuğu prosesinin əhəmiyyətinin ictimaiyyətə çatdırılması, qəhrəmanlıq nümunələrinin təbliği, Vətənə, xalqa və dövlətçilik ideyalarına hörmət hisslərini gücləndirmək, gənc nəsli milli-dövlətçilik ruhunda tərbiyə etmək, doğma torpağa sədaqət hissini möhkəmləndirmək, hər an Vətənin müdafiəsinə qalxmağa hazırlığı yüksəltməkdir.

Sərginin açılışı günü müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi və rəsm əsərlərindən ibarət kataloqun təqdimatı keçiriləcək.

Qeyd edək ki, sərgi 14 fevral 2015-ci il tarixinədək davam edəcək.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

KATEQORIYALAR