Sumqayıtda hava

Cəmiyyət

Sumqayıt Bələdiyyəsinin sədri İtaliyada olub

Sumqayıt Bələdiyyəsinin sədri İtaliyada olub


Sumqayıt şəhər bələdiyyəsinin sədri Əbülfəz Babayev İtaliyaya səfəri çərçivəsində Bari şəhərində olub. Səfərin məqsədi 2004-cü ildə qardaşlaşmış Sumqayıt və Bari şəhərləri arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi üçün müzakirələr aparmaq olub.

Səfər çərçivəsində Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqovun iştirakı ilə Bari şəhər meriyasında, Sənayeçilər İttifaqında, Ticarət Palatasında görüşlər keçirilib və burada fəaliyyət göstərən iri sənaye obyektləri ilə tanışlıq olub.

Şəhərin vitse-meri Vinçenço Brandi ilə keçirilmiş görüşdə Vaqif Sadıqov İtaliya və Azərbaycan arasında iqtisadi və siyasi əlaqələrin hazırkı vəziyyətindən, İtaliya regionları ilə mövcud münasibətlərimizdən və iqtisadi sahədə əməkdaşlığın perspektivlərindən bəhs edib.

Sumqayıtın iqtisadi potensialı barədə məlumat verən Ə.Babayev son illər şəhərin müvafiq sahədə əldə etdiyi nailiyyətlərdən danışıb. Diqqətə çatdırıb ki, Sumqayıtın iqtisadi potensialı və burada çoxsahəli istehsal müəssisələrinin mövcudluğu həm Bari şəhərinin, həm də onun ətraf ərazilərinin iş adamları üçün geniş imkanlar yarada bilər. O, həmçinin mədəniyyət, turizm və gənclər sahələrində də iki şəhərin əməkdaşlıq imkanlarının olduğunu vurğulayıb. Azərbaycanda gənclər siyasətinə böyük önəm verildiyini deyən bələdiyyə sədri bu sahədə əməkdaşlığın inkişafı üçün potensialın olduğunu, tələbə mübadiləsinin həyata keçirilməsini, birgə konfransların və simpoziumların təşkilinin əhəmiyyətini bildirib.

Söhbət zamanı Sumqayıt və Bari şəhərlərində Azərbaycanın və İtaliyanın qarşılıqlı şəkildə mədəniyyət günlərinin keçirilməsinin vacibliyi vurğulanıb.

Səfər çərçivəsində Bari şəhərinin Ticarət Palatasının prezidenti Alessandro Ambrozi ilə keçirilmiş görüşdə biznes subyektləri arasında əməkdaşlıq imkanları müzakirə edilib. Bundan başqa, Sənayeçilər İttifaqının prezidenti Mikele Vinçi və iş adamları ilə keçirilmiş görüşdə tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Sumqayıt Bələdiyyəsinin sədri İtaliyada olub

AzərTAc





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR