Sumqayıtda hava

Cəmiyyət

FHN-in Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fevralın 4-də Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt şəhər 2 nömrəli Uşaq Poliklinikasında “Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Keçirilən tədbirdə əsas məqsəd səhiyyə işçilərinin fövqəladə hallar zamanı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, səhiyyə müəssisələrində baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədi ilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

Tədbirdə “Fövqəladə hallar zamanı davranış qaydaları”, “Dəm qazı təhlükəsi”, “Elektriklə davranış qaydaları” və “112” qaynar telefon xətti təhlükəsizliyimizin qarantıdır” mövzularında çıxışlar edilmişdir.

Sonra “Dəm qazı təhlükəsi” mövzusunda Fövqəladə Hallar Nazirliyinin hazırladığı videoçarx nümayiş olunmuşdur. Tədbir iştirakçıları ilə qarşılıqlı fikir mübadiləsi aparılmış, onları maraqlandıran suallar cavablandırılmış və təbliğat xarakterli bukletlər, plakatlar paylanılmışdır.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR