Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda “Live Your Goals” festivalı keçirilib

Sumqayıtda “Live Your Goals” festivalı keçirilib


AFFA-nın təşkilatçılığı ilə Sumqayıtda “Kapital Bank Arena”da “Live Your Goals” (“Öz məqsədlərini yaşat”) festivalı keçirilib. Tədbirdə FIFA-nın “Live Your Goals” instruktoru, tanınmış keçmiş qadın futbolçusu Hop Povell iştirak edib. Əvvəlcə “Live Your Goals” festival ilə bağlı mətbuat konfransı təşkil olunub. Hop Povell və U-17 qızlar yığmasının üzvü Sanay Fətullayeva jurnalistlərin suallarını cavablandırıb, festivalla bağlı fikirlərini bildiriblər. Sonra festivalın açılış mərasimi olub. H.Povell, sumqayıtlı futbol veteranı Telman Salahov, Sumqayıt şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Mübariz Bəşirov, beynəlxalq dərəcəli hakim, “Sumqayıt” FK-nın Müşahidə Şurasının üzvü Əbdül Məmmədov çıxış edərək festival iştirakçılarına uğurlar azrulayıblar. “Sumqayıt” FK adından H.Povellə klubun 50 nömrəli forması təqdim olunub.
Tədbirdə Face Art və hədiyyəli yarışlar keçirilib, top çiləmə yarışında fərqlənən uşaqlara hədiyyələr verilib, tamaşaçılar tanınmış azərbaycanlı futbolçuların imzalı şəkillərini əldə ediblər. Festivalda 8-15 yaş arası 83 qız iştirak edib. Sonda U-19 qızlar yığmasının baş məşqçisi Patrisia Qonzalez və Hop Povell festivalda iştirak edən qızlara sertifikatlar təqdim ediblər.
Layihənin həyata keçirilməsində məqsəd qadın futbolunun kütləviliyinin artırılması, qızların futbola cəlb olunması, onların futbolla mütəmadi şəkildə məşğul olmasına zəmin yaradılması, xüsusilə bölgələrdə qadın futboluna marağın artırılmasıdır.

(Xəbər Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəsmi internet səhifəsinə istinadən təqdim edilir.)

Sumqayıtda “Live Your Goals” festivalı keçirilib

Sumqayıtda “Live Your Goals” festivalı keçirilib


Sumqayıtda “Live Your Goals” festivalı keçirilib





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR