Sumqayıtda hava

Cəmiyyət

Erməni klubunda oynayan Azərbaycanlı: Hər iki xalqa hörmətim var

Erməni klubunda oynayan Azərbaycanlı: Hər iki xalqa hörmətim var


Azərbaycanın U-21 yığmasının sabiq futbolçusu Şamil Qurbanov Ermənistanın "Uliss" klubuna keçib. 22 yaşlı futbolçu Türkiyədə təlim-məşq toplanışında olan komandanın düşərgəsinə qatılıb və Moldovanın "Milsami" klubu ilə yoxlama görüşündə iştirak edib.

Şamilin "Uliss"ə transfer olunması Ermənistanda birmənalı qarşılanmayıb. Ermənistan Yazıçılar Birliyinin Tavuş Regional şöbəsinin rəhbəri Samvel Beqlaryan keçidi bu sözlərlə şərh edib:
"Necə yəni, O azərbaycanlıdır? Ermənistan klubunda azərbaycanlı futbolçuya nə ehtiyac var?".

Futbolçu özü də bu məsələyə münasibətini bildirib:
"Uliss"ə keçməyim mümkündür. Amma hələ müqavilə imzalanmayıb. Menecerim necə desə, elə də olacaq".
...
"Azərbaycan yığmasında perspektivim? Fikrimcə, belə bir perspektiv onsuz da yoxdur. Milli komandaya son dəvətim məni çox məyus etdi. Xüsusilə də insanların mənə münasibəti. Məşqçilər korpusunda yer alan şəxslərdən gözləmədiyim münasibəti gördüm".
...
"Ad açıqlamayacağam. Amma bu, Bernard Lippert deyildi. O, məni çox bəyənirdi. U-19-da rəhbərliyi altında oynadığım Vəli Qasımova da böyük hörmətim var. O, doğrudan da böyük insandır. Amma çətin ki, mən bir daha orada oynayım".
...
"Azərbaycan yığmasını çoxdan unutmuşam. Artıq sakitləşmişəm və qərara gəlmişəm ki, bir daha ora gəlməyim. Ermənistan klubunda oynamağım mümkün olsa da, hələ heç bir müqavilə yoxdur. Azərbaycan və Ermənistan arasındakı münaqişədən xəbərim var. Hər iki xalqa hörmətim var. Amma mən bu münaqişənin iştirakçısı deyiləm. Sadəcə, futbol oynamaq istəyirəm. Mən siyasətçi yox, adi bir Rusiya vətəndaşıyam".
...
"Başa düşürəm ki, yerli oyunçu kimi Azərbaycan klublarında daha çox pul qazana bilərdim. Amma mənə kömək edə biləcək yolla gedirəm".

Sportlife.az





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR