Sumqayıtda hava

Cəmiyyət

“Magistr” jurnalının 2-ci sayı nəşr olunub

“Magistr” jurnalının 2-ci sayı nəşr olunub


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası “Magistr” jurnalının 2015 ci il tarixli 2-ci sayını nəşr edib.

Jurnalada aşağıdakı materiallar əksini tapmışdır:
- 2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul elanı;
- Magistraturaya ərizə verən bakalavr üçün təlimat, “Bakalavrın elektron ərizəsi”nin doldurulma qaydası və “Bakalavrın elektron ərizəsi” formasının nümunəsi;
- Qəbul imtahanında iştirak etmək üçün yerinə yetiriləcək prosedurların xronoloji ardıcıllığı, qəbul imtahanının mərhələlər üzrə məzmunu;
- Müsabiqə şərtləri;
- Ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü), informatika və xarici dili (ingilis, alman, fransız, rus, ərəb və ya fars dilini) bilmə səviyyəsini yoxlayan test tapşırığı nümunələri və onların düzgün cavabları;
- Sorğulara cavablar.

-Test tapşırığı nümunələri. Xüsusi buraxılışda ümumi intellekt səviyyəsi (məntiqi təfəkkür), informatika və xarici dili (ingilis, alman, fransız, rus, ərəb və ya fars dilini) bilmə səviyyəsini yoxlayan test tapşırığı nümunələri də təqdim olunur. Magistraturaya qəbul imtahanına hazırlaşan bakalavrlar bu test tapşırıqları vasitəsi ilə birinci mərhələ üzrə imtahanda onlara təqdim olunacaq sualların modeli ilə yaxından tanış olmaq, həmçinin öz hazırlıq səviyyələrini yoxlamaq imkanı qazanacaqlar.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR