Sumqayıtda hava

Cəmiyyət

Hava məlumatı (07.02.2015)

Hava məlumatı (07.02.2015)


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Arabir güclənən cənub-qərb küləyi axşama doğru şimal küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 3-5, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 754 mm civə sütununa enəcək, nisbi rütubət gecə 80-90, gündüz 60-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Cənub küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 1-6, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 8-13 dərəcə şaxta, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz
Fevralın 7-si axşamadək Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli enməsi fonunda arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq yaratsa da, fevralın 8-də meteoroloji amillərin normal sutkalıq gedişi əsasən əlverişlidir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR