Sumqayıtda hava

Faydalı

Sumqayıtlı ilahiyyatçının “Müasir cəmiyyətdə İslam” kitabı işıq üzü gördü

Sumqayıtlı ilahiyyatçının “Müasir cəmiyyətdə İslam” kitabı işıq üzü gördü


AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənovun “Müasir cəmiyyətdə İslam” kitabı nəşr olunaraq oxucuların ixtiyarına verilib.

Qısa müddət ərzində oxucular tərəfindən maraqla qarşılanan kitabda İslam dininin təkallahlılıq, mənəviyyat, qəzavü-qədər, iman, müqəddəs kitab, həmçinin Allaha inam kimi dərin anlayışları sadə, eyni zamanda canlı, obrazlı və müasir dildə oxuculara çatdırılır.

Kitab həm də onunla maraqlıdır ki, İslamın mənəvi aspektləri müəllif tərəfindən təcrid olunmuş halda deyil, təbiət və fəlsəfə elmlərindən məlum olan ümumi bilgilər fonunda tədqiq edilir.

Müəllif kitabda bol-bol hədislərə istinad edir, bir çox tanınmış teoloqlardan iqtibaslar verir. Kitab teoloqlar, şərqşünaslar, həmçinin geniş oxucu kütləsi - İslam dini haqqında ətraflı məlumat almaq, xurafatı tərk etmək və bu din haqqında yanlış təsəvvürlərdən qurtulmaq istəyən şəxslər üçün nəzərdə tutulub.

Kitab Qurani-Kərim, Muhəmməd peyğəmbər (s.ə.s), İslam və islamçılıq haqqında hərtərəfli bilgilərlə tanış olmaq üçün əla fürsətdir. Məhz qeyd olunanlarla bağlı bilgi əldə etməklə İslamın müasir cəmiyyətdə oynadığı rolu öyrənə bilərsiniz.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR