Sumqayıtda hava

Dünya

Almaniyada yaşayan gənclərimiz dünyaya səsləndi (FOTOLAR)

Almaniyada yaşayan gənclərimiz dünyaya səsləndi (FOTOLAR)


Fevralın 7-də Almaniyanın Türingiya vilayətində Xocalı soyqırımına həsr olunmuş “Stand up for Humanity” adlı tədbir keçirilib.

“Türingiya Azərbaycanlı Tələbələr Assosiasiyası” tərəfindən təşkil olunmuş tədbir Yena şəhərinin “Beynəlxalq Mədəniyyət Mərkəzi”-ndə baş tutub. “İnsanlıq üçün ayağa qalx” adlanan tədbirdə Türingiya vilayətinin müxtəlif universitetlərində təhsil alan alman və digər xarici ölkələrdən olan tələbələr iştirak etmişdir.

Tədbir “TASA”-nın fəalı Emil Mirzəyevin çıxışı ilə başladı. Təşkilat üzvü bildirdi ki, bu tədbir terror, separatizm və soyqırımdan illərdi əziyyət çəkən Azərbaycan xalqının yaşadığı, 26 fevral 1992-ci ildə, dünyanın gözü qarşısında Ermənistan dövləti tərəfindən törədilmiş Xocalı soyqırımına həsr olunmuşdur. O, çıxışı zamanı bu soyqırımın yanlız azərbaycanlılara qarşı deyil, bütün insanlığa qarşı törədilmiş bir cinayət hadisəsi olduğunu bildirdi.

Təşkilat üzvünün çıxışından sonra Xocalı soyqırımı barədə sənədli film nümayiş olundu.

Sonra təşkilatın fəalı Murad Calalov çıxış edərək diqqəti digər vacib məsələyə yönəltdi. O, Azərbaycan ərazilərinin işğalı və Xocalı hadisələri zamanı əsir və itkin düşmüş insanların taleyindən danışdı. Təşkilatın üzvü ermənilərin əsirlərlə davranışlarını xüsusi qeydi etdi. O, Ermənistan tərəfindən öz doğma yurdunu ziyarət edən zamanı əsir götürülmüş Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov barədə məlumatı da tədbir iştirakçılarının diqqətinə çatdırdı. Həsən Həsənovun əsirlikdə öldürülməsini xüsusi vurğuladı və bütün bunların dünyanın gözü qarşısında baş verdiyini dedi. O, tədbir iştirakçılarını ermənilərin azərbaycanlıların başına gətirdikləri soyqırım və müsibətlərə insanlıq adına səssiz qalmamağa çağırdı.

Sonda Azərbaycan hərbiçisinin əsirlik həyatından bəhs edən “Fəryad” filmi nümayiş olunub.

Tədbir zamanı xüsusi stenddə erməni terrorunu və vəhşiliyini əks etdirən kitablar, jurnallar və şəkillər nümayiş olunub. Nümayiş olunan nəşrlərə iştirakçılar xüsusi maraq göstəriblər. Tədbirin sonunda iştirakçılara erməni terroru və Xocalı soyqırımı barədə disklər paylanıb.

Almaniyada yaşayan gənclərimiz dünyaya səsləndi (FOTOLAR)

Almaniyada yaşayan gənclərimiz dünyaya səsləndi (FOTOLAR)

Almaniyada yaşayan gənclərimiz dünyaya səsləndi (FOTOLAR)

Almaniyada yaşayan gənclərimiz dünyaya səsləndi (FOTOLAR)

Almaniyada yaşayan gənclərimiz dünyaya səsləndi (FOTOLAR)





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR